» » Abutalıbov sürücüləri soyur: parkomat biznesindən milyonlar hara gedir? - Şok araşdırma

Abutalıbov sürücüləri soyur: parkomat biznesindən milyonlar hara gedir? - Şok araşdırma

  • 25-01-2017, 11:49
  • yuxari
  • 261
Abutalıbov sürücüləri soyur: parkomat biznesindən milyonlar hara gedir? - Şok araşdırma

















Bakı meri Hacıbala Abutalıbov şəhər camaatını soyur. BŞİH rəhbəri parkomat adı ilə nəhəng biznes qurub və milyonlar qazanır

Bu vəsaitlərin bölüşdürüldüyü sirr deyil. Lakin şəhərdə sürücülərə qarşı amansız münasibət sərgilənir.

Paytaxtın parkomatlaşması adı altında istənilən ərazidə bir pullu dayanacaq yaradılır. Artıq Bakıda pulsuz dayanacaq qalmayıb.
Sürücülər hər addımbaşı pul xərcləməli olurlar. Bu gedişlə şəhərdə avtomobil idarə etmək lazım olmayacaq.

Adi bir misal: Bakının Nobel prospektində “Azure” biznes mərkəzinin qarşısında çox bərbad vəziyyətdə ərazi var.

Oranın nə yolu, nə də ki, maşın saxlamaq üçün şəraiti var. Lakin ərazidəki dayanacaqların qiyməti baha olduğu üçün insanlar işə gələrkən maşınlarını həmin yerdə saxlayırdılar.

Altı ay əvvəl burada bir-iki maşın saxlayan var idi. Zamanla orada maşın saxlayanların sayı artdı. Çünki dövlətin dayanacaqlarının saatı 1 manatdır.

8 saat işdə olan adamlar maşını saxlamaq üçün hər gün 8 manat pul ödəməlidirlər. Bu ərazidə isə maşın saxlamaq üçün pul tələb olunmadığı üçün hamı maşını orada saxlayırdı.

Ərazidəki maşınların sayı gün-gündən artırdı. Bakı Şəhər İcra Hakimiyyəti həmin ərazini “dayanacağa” çevirib. Çöllü-biyabanın ortasında bir dayanacaq nişanı qoyulub. Əraziyə parkomat qoymağa hazırlaşırlar.

Parkomat üçün artıq yer edilib, anker boltlar bağlanılıb. Bakı şəhər icra hakimiyyəti parkinq üçün yer düzəltmir, yol çəkmir, lakin dayanacaq üçün tamamilə yararsız olan bir yerə parkomat qoyur.

Politika.Az-ın verdiyi xəbərə görə, hər yer parkomatlaşıb və sürücülərə küçələr satılmaqdadır. Bu qanunsuzluqdur və milyonlarla vəsait ciblərə axır. Bakıda parkomant biznesindən əldə olunan gəlirlərin merin cibinə axdığı sirr deyil.

Bu sahədəki xaos və nəzarətsizliyin saxlanmasında məhz Abutalıbovun maraqları var. Şəhərdə hansı parkomatların qanuni və qanunsuz olduğu bilinmir. Nəticədə qeyri-rəsmi şəkildə milyonların əldə olunması üçün əlverişli şərait yaranır.

Buna görə də nə bir təftiş var, nə də nəzarət sistemi. Üstəlik, vergidən ciddi şəkildə yayınma halları da var. Abutalıbovun parkomat biznesindən gələn pullar haqda nə bir hesabat verir, nə də vəsaitin büdcəyə yönəlib-yönəlmədiyi mexanizmi açıqlanmır.

Fransadan gətirilmiş xüsusi parkomatları indi Bakının demək olar ki, əksər mərkəzi küçələrində görmək mümkündür.

İndiyə qədər sürücülərin 20-30 qəpiyə istifadə etdikləri xidmət indi 30 dəqiqə üçün 50 qəpik, hər bir saat isə 1 manatdır. Yığılan pulların isə kimin cibinə getdiyi məlumdur.
Oxşar xəbərlər
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Mədəniyyət