» » “Evrascon”un Gədəbəydə 2 milyonluq yeyintisi - Fotolar

“Evrascon”un Gədəbəydə 2 milyonluq yeyintisi - Fotolar

  • 30-07-2016, 13:18
  • yuxari
  • 325
“Evrascon”un Gədəbəydə 2 milyonluq yeyintisi - Fotolar





















Prezidentin Gədəbəydə yol-körpü tikintisinə ayırdığı 2 milyon manatın şəffaf xərclənməsinə şübhə var...

Politika.Az-ın məlumatına görə, rayonun Çalburun kəndində bir ildir başlanan körpünün inşası müəmmalı səbəblərdən dayanıb.
Sakinlərin verdiyi xəbərdə bildirilir ki, artıq 3 aydır iş getmir: “Dövlət büdcəsindən 2 milyon manat ayrılıb. Bu da təzə salınmış yolun yarımçıq qalmış körpüsüdür. Prezdentin fərmanı ilə ayrılmış iki milyona çəkilən yol eni 6m olmalı idi, amma 2m oldu.

Camaat dinmədi . Bəs indi nə oldu, iki ilə bir yol başa gəlmədi? Körpünün bir hissəsi tikilib. Üç aydır ki dayanıb. Deyilənə görə, pul qurtarıb. İşçilər hava şəraiti ilə əlaqələndirir. Amma inandırıcı deyil. Gədəbəydə hava normaldır.

Sadəcə, “Evrascon” izahat vermir ki, 2 milyonluq smetası olan iş niyə dayanıb? Görünür ki, ortada ciddi maliyyə yeyintisi var və körpünün tikintisini başa vura bilmirlər”.

Qeyd edək ki, sözügedən kənddə layihəni keçmiş “Azərkörpü” ASC həyata keçirir. Yada salaq ki, Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində iri layihələrin həyata keçirilməsi ilə məşğul olan “Azərkörpü” ASC adı dəyişib. Səhmdar cəmiyyətinin yeni adı “EVRASCON” ASC-dir.

Qeyd edək ki, “Azərkörpü” Bakı şəhərində SSRİ-nin Nəqliyyat tikintisi Nazirliyi yanında 1968-ci ildə yaradılıb. 2001-ci ildə həyata keçirilən özəlləşdirmə nəticəsində şirkət səhmdar cəmiyyət statusunu alıb. Onu da deyək ki, bir müddət əvvəl də Salyanda körpü tikintisində işləyən fəhlələr maaşlarının gecikməsinə görə “Evrascon” şirkətinə etiraz etmişdi.


“Evrascon”un Gədəbəydə 2 milyonluq yeyintisi - Fotolar
“Evrascon”un Gədəbəydə 2 milyonluq yeyintisi - Fotolar
“Evrascon”un Gədəbəydə 2 milyonluq yeyintisi - Fotolar
Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Mədəniyyət