» » Abituriyentlər üçün “toydan sonra nağara”

Abituriyentlər üçün “toydan sonra nağara”

  • 17-03-2017, 11:37
  • tehsil
  • 206
Abituriyentlər üçün “toydan sonra nağara”















Dövlət İmtahan Mərkəzinin açıqladığı 2017-ci ildə keçiriləcək imtahanların qrafiki abituriyentlərin narazılığına səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, narazılıqların əsas səbəbi sınaq imtahanlarının ali təhsil müəssisələrinə birinci qəbul imtahanından sonra keçirilməsidir. Belə ki, hər il TQDK tərəfindən qəbul imtahanına hazırlıq üçün keçirilən sınaq imtahanları bu dəfə ali təhsil müəssisələrinə birinci qəbul imtahanından sonra baş tutacaq:


Təhsil üzrə ekspert Kamran Əsədov da imtahan qrafikində uyğunsuzluq olduğunu bildirib: “Bildiyiniz kimi hər il DİM (TQDK-a) ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin imtahanlara daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə sınaq imtahanı keçirir. Lakin bu il keçriləcək sınaq imtahanları (27.05.17; 11.06.17) birinci keçiriləcək qəbul imtahanından sonraya düşür (aprel-may). Belə çıxır ki, toydan sonra nağara? Abituriyent ilk növbədə sınaq imtahanında özünü yoxlamalıdır, sonra qəbul imtahanında iştirak etməlidir”.

Ekspert onu da qeyd edib ki, daha bir uyğunsuzluq rus bölməsinin abituriyentlərinin Azərbaycan dili imtahanında nəzərə çarpır. Belə ki, Azərbaycan dili üzrə keçiriləcək imtahan tarixi ikinci imtahan tarixi (11.06.17) üst üstə düşür.
Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət