» » “Zəkalar” Liseyinin direktoru müəllimləri işdən çıxarmaqla hədələyir – ŞİKAYƏT

“Zəkalar” Liseyinin direktoru müəllimləri işdən çıxarmaqla hədələyir – ŞİKAYƏT

“Zəkalar” Liseyinin direktoru müəllimləri işdən çıxarmaqla hədələyir – ŞİKAYƏT














Bakı Şəhəri, Xətai rayonunda yerləşən 287 saylı “Zəkalar” Liseyinin direktoru Aygün Əhmədli idman müəllimlərini dərs saatlarını azaltmaq və işdən çıxarmaqla hədələyir.
Sözügedən liseyin müəllimləri ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıblar. Məktubda qeyd olunur ki, direktor liseydəki idman infrastrukturunun (bazasının) lazımi səviyyədə olmamasından öz maraqları naminə sui-istifadə edərək, idman müəllimlərinin dərs yükünü azaldacağını və bununla razılaşmayan müəllimləri isə işdən çıxaracağı ilə hədələyir:
“Bu ilədək liseyin fiziki tərbiyə dərsləri mövcud təhsil proqramına uyğun olaraq 2 qrupa bölünürdü və dərs bölgüsünə görə bizə verilmiş dərs saatları (28 saat) bizi qane edirdi. Hazırda isə direktor guya məktəbdə müvafiq idman bazasının (infrastrukturunun) olmamasını, əvvəlki dərs yükünün saxlanmasına görə guya “yuxarılara”(özünün dediyinə görə, Bakı Baş Təhsil İdarəsinin Maliyyə şöbəsinə) cibindən hər ay haqq verməsini bildirməklə bizdən rüşvət alır “ya hər ay maaşınızdan hərəniz 100 manat verməlisiniz ki, üstünü də mən düzəldib onları razı salım, ya da yazılı öhdəlik götürüb hər biriniz imza atın ki, onları özünüz razı salacaqsınız” kimi qarşımıza qanunsuz tələblər qoyur.
Bildirir ki, əks təqdirdə dərs yükümüzü 12-13 saata salacaq. Etirazımızı bildirdikdə isə “mənim kim olduğumu və yaxınlarımın haralarda işlədiklərini yaxşı bilirsiniz, səsinizi çxarsanız, özünüzə də, övladlarınıza da elə problemlər yaradaram ki, altından çıxa bilməzsiniz” – deyə bizə hədə-qorxu gəlir. Biz bir müəllim kimi öz vəzifə borcumuzu şəraitsizliyə baxmayaraq, layiqincə yerinə yetirməyə çalışırıq.
Digər tərəfdən indi məktəbdə biz müəllimlərin yaxından iştirakı və səyi ilə əvvəlkinə nisbətən idman dərsləri üçün daha yaxşı şərait yaradılıb və dərs keçməyə kifayət edəcək müəllim potensialımız da var. Pisliyə doğru heçnə dəyişmədiyi halda bizim dərs yükümüzün azaldılması kimə və nəyə görə lazımdır? Axı hər birimiz ailə başçısıyıq, aramızda məcburi köçkün ailələri də var. Direktor bizim maddi durumumuzu daha çətin vəziyyətə salmaqla nəyə nail olmaq istəyir?
Göstərdiklərimizi nəzərə alaraq Sizdən xahiş edirik ki, liseyimizin direktoru Aygün Əhmədlinin dərs yükümüzün əsassız olaraq azaldılmasına,bununla maddi durumumuzun ağırlaşmasına yönəlmiş qərəzli hərəkətlərinə və qanunsuz tələblərinə son qoyulması üçün bizə köməklik göstərəsiniz”.
287 nömrəli “Zəkalar” liseyinin direktoru Aygün Əhmədli isə barəsində səsləndirilən ittihamların həqiqətə uyğun olmadığını bildirib: “BŞTİ-nin məktubuna əsasən, 2018-2019-cu tədris ilində liseyin infrastrukturla bağlı müvafiq maddi-texniki bazası olmadığından, fiziki tərbiyə dərslərinin bölünməsi məqsədəuyğun hesab edilmir. Məktəbdə müvafiq maddi-texniki tədris bazası yaradılacağı təqdirdə, fiziki tərbiyə dərslərinin bölünməsi məsələsinə yenidən baxılacağı qeyd edilib.
Məktuba əsasən, Liseyin Pedaqoji Şurasında məsələ ilə əlaqədar fiziki tərbiyə dərslərinin bölünməməsi qərara alınıb. Onu da qeyd edək ki, lisey 1992-ci ildə yaradılan lisey bağça binasında yerləşdiyi üçün idman zalı olmayıb. BŞTİ tərəfindən fiziki tərbiyə müəllimlərinə dərs saatlarının azalacağı təqdirdə digər məktəblərə yerdəyişməsi, habelə əvəzçilik qaydasında işlə təmin olunması təklif olunsa da, onlar bundan imtina ediblər.
Qeyd edək ki, liseydə idman zalının tikilməsi ilə bağlı təhsil müəssisəsinin rəhbərliyi tərəfindən müvafiq səlahiyyətli orqanlara müraciət olunub. Məktəbin tikintiyə əlverişli ərazisi olmadığından müvafiq torpaq sahəsi ayrılacağı təqdirdə tikintinin aparılacağı bildirilib. Həmin müəllimlərin mövcud reallıqdan qaçmaq və daha çox şəxsi maraqlarından çıxış etmək yolunu seçdiklərinə görə təəssüf edirəm”.
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Mədəniyyət