» » Şagirdlər buraxılış imtahanı verdi: göstəricilər ürəkaçandırmı...

Şagirdlər buraxılış imtahanı verdi: göstəricilər ürəkaçandırmı...

Şagirdlər buraxılış imtahanı verdi: göstəricilər ürəkaçandırmı...
















Ekspert: “9-cu sinifdən buraxılış imtahanı verən şagirdlərin nəticələri heç də qənaətbəxş deyil”

Dövlət İmtahan Mərkəzi (DİM) 18 mart 2017-ci il tarixində respublikanın 30 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini, 23 şəhər və rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirib.

Hər iki imtahanda ümumilikdə 36613 şagirdin imtahan verəcəyi nəzərdə tutulub.

DİM-in yaydığı məlumatlara görə, imtahan materiallarının emalına martın 19-dan etibarən başlanılacaq.

İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanının nəticələri yaxın 2 gün ərzində elan ediləcək. Şagirdlər imtahan nəticələri haqqında məlumatı DİM-in internet saytından öyrənə biləcəklər.

Bildirilib ki, 9-cu sinif şagirdlərinin yazı işləri isə (imtahan cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılacaq. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb. Qeyd olunub ki, mövcud prosedura əsasən hər bir yazı işi əvvəlcə “scan” olunur və 2 marker tərəfindən qiymətləndirilir (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir). Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir. Proqram, həmçinin şagirdin yazı işini həmin şagirdin yaşadığı zonadan olmayan markerlərin kompüterinə göndərir.

İmtahanda istifadə olunan açıq tipli tapşırıqların və inşanın (essenin) yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin imtahanın ikinci mərhələsi keçirilənədək elan olunması nəzərdə tutulur.

“Yeni Müsavat”a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, imtahanlar yaxşı təşkil olunsa da bəzi məsələlər var:

“Buraxılış imtahanları bu il martda başlayıb və artıq birinci mərhələ yekunlaşıb. İmtahan suallarını ötən ilin sualları ilə müqayisə etdikdə görürük ki, riyaziyyat fənni üzrə çətinləşmə var. İmtahandan çıxan şagirdlər, onların müəllim və valideynləri bildirirlər ki, 9-cu sinfin buraxılış imtahanında suallar 6-9-cu sinif mövzusundan düşsə də onların ağırlığı daha çox 10-11-ci sinif səviyyəsindədir. Bundan şikayətlənirlər. Daha çox suallar tədris zamanı istifadə olunan test banklarına uyğun deyil. Orada situasiya sualları həndəsə mövzusundan düşüb. O suallar ki, onlar 10-cu, 11-ci sinifdə tədris proqramına daxil olublar. Ümumilikdə 9-cu sinifdə iştirakın kütləviliyi, imtahanların təşkili çox yaxşı olub. Söhbət yalnız təşkilatı işdən gedir. Yəni şagirdlərin imtahanlara daha rahat getmələri, imtahan zallarında daha rahat olmaları yaxşı təşkil olunub. Sualların səviyyəsi isə qanunvericilikdə tələb olunan kimi şagirdlərin minimum biliklərinin yox, maksimum biliklərinin yoxlanması müstəvisində həyata keçirilib.

Məsələn, 2017-ci ildə eyni səviyyədə imtahan verənlərin 75 faizi qeyri-kafi qiymət almışdı. Yəni nəticələri çox zəif idi. Builki nəticələr də eynilə onun təkrarı və daha pis olacaq. Çünki buraxılış testlərində, Dövlət İmtahan Mərkəzinin özünün buraxdığı jurnalda təqdim olunan modellərdən daha fərqliləri istifadə olunub. Hesab edirəm ki, ilk növbədə DİM-in kurikulum üçün buraxdığı testlərə uyğun modellər tərtib olunmalı idi. Çünki orta məktəblərdə şagirdlər məhz rəsmi qurumun özü tərəfindən müəyyən edilmiş test tapşırıqları istifadə ediblər. Eyni zamanda Təhsil Nazirliyi tərəfindən verilmiş proqramın tədrisi 9-cu sinifdə keçirilib. Ancaq buraxılış imtahanların modeli bütün bunlardan fərqli olaraq olduqca ağırdır. Açığı, 9-cu sinifdən buraxılış imtahanı verən şagirdlərin nəticələri heç də qənaətbəxş deyil. Müqayisəni Azərbaycan dili ilə də apara bilərik. Bu zaman görərik ki, riyaziyyat fənni ilə müqayisədə Azərbaycan dili fənni üzrə suallar daha asandır. Şagirdlərin bu fənn üzrə cavab verməsi də bu baxımdan kütləvi haldır. Riyaziyyatdan isə suallar çətindir və cavabvermə faizi də olduqca aşağıdır”.
Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət