» » Murad Dadaşovun "Maşın şou"sunda kimlər iştirak edəcək? - ADLAR

Murad Dadaşovun "Maşın şou"sunda kimlər iştirak edəcək? - ADLAR

  • 4-10-2017, 11:34
  • sou
  • 114
Murad Dadaşovun "Maşın şou"sunda kimlər iştirak edəcək? - ADLAR
















"M group" prodakşının təşkilatçılığı ilə "Xanımlar vs Cənablar” devizi altında ATV-də "Maşın” realiti şou start götürür.

bizimhedef.info xəbər verir ki, bu münasibətlə layihənin rəhbəri və aparıcı Murad Dadaşov mətbuat konfransı keçirib.

Murad Dadaşov layihədəki yeniliklər haqda danışıb: "Hər sezon şouda xanımlar az olurdu. Bəylər də "bu həftə xanımlara toxunmayaq” deyib geri çəkilirdi. Amma bu dəfə bəylərlə xanımların sayı bərabər olacaq. Həm də ilk olaraq iştirakçıların telefonları əllərində alınacaq. Kənardan təzyiqlər olunur deyə belə bir addım atmışıq. Həm də qalmaqalları adətən xanımlar yaradır. Yubiley buraxılış çox yadda qalan olacaq.”

Əməkdar artist veriliş zamanı olan qalmaqalların yalan olmadığını vurğulayıb: "Şouda baş verən qalmaqallar hamısı realdır. Efir zamanı baş verənlər elə sizin kimi bizi də şok edir"

Layihə rəhbəri deyib ki, şouda televiziyalara çox da çıxmayan müğənnilər də iştirak edir. O jurnalistin bu mövsüm yarışmada Talıb Talehin iştirak edəcəyi ilə bağlı sualına belə cavab verib: "Talıb Talehin iştirak edəcəyini ilk sizdən eşidirəm.(gülür) Amma qadağaya gəldikdə isə heç bir məşhurumuz televiziyalara qarşı qəddar hərəkət etməyib ya da dövlət ələyhinə nəsə etməyib. Sadəcə bəzi məşhurlar etik qaydaları pozduğuna görə efirdə onlara qadağa qoyulur".

"Verilişdə qalmaqal yaşayan məşhurlar sonradan barışırlarmı" sualına Murad Dadaşov belə reaksiya verib. "Bir şouya görə heç kəs həqiqi dostu ilə küsməz . Bəzən aralarında nəsə olur və o gəlib burda lap qabarıq özünü göstərir.

Sonda Murad Dadaşov bu layihə ilə bağlı ona Qazaxıstandan təklif gəldiyini bildirib.

Qeyd edək ki, "Maşın” realiti şousu 8 oktyabr tarixində Azad Azərbaycan telekanalında başlayacaq.

AZXEBER.COM özəl mənbələrdən yarışmada iştirak edəcək bəzi məşhurların adını öyrənib.

Məlumata görə, bu il yarışmada aktrisa Mehriban Xanlarova, jurnalist Ülviyyə Alovlu, teleaparıcı Vüsalə Kərimova, Mətanət Əliverdiyeva, Afaq Gəncəli müğənni Talıb Taleh, Pişik Günel, Vüqar Muradov, Rauf Əhmədov, meyxanaçı Vüqar Əbdülovun iştirakı təsdiqlənib.

Mətbuatda yayılan xəbərlərdə adı keçən Roza Zərgərli, Stilist Anar, İlhamə Bədəlova Elza Seyidcahan şouda iştirak etməyəcək.

Mənbənin sözlərinə görə, tam siyahı hələlik müəyyənləşdirilməyib.

Nazim Qasımzadə
Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət