» » "Yalnız o kişi məni əyə bilər" — AFAQ ASLANDAN ŞƏXSİ AÇIQLAMALAR

"Yalnız o kişi məni əyə bilər" — AFAQ ASLANDAN ŞƏXSİ AÇIQLAMALAR

  • 8-07-2018, 10:20
  • sou
  • 7
"Yalnız o kişi məni əyə bilər" — AFAQ ASLANDAN ŞƏXSİ AÇIQLAMALAR















Müğənni Afaq Aslan vəzifəli və imkanlı şəxslərdən sənətçilərə gələn təkliflərdən danışıb.
Sənətçi "Ölkə.Az"ın əməkdaşıyla söhbətində tez-tez belə təkliflər aldığını dilə gətirib:

"Bu reallıqdır ki, mən yuxarı təbəqəli insanların maraq dairəsində olan xanımam. Təbii ki, hər kəsin maraq dairəsində olan xanıma belə təkliflərin gəlməsi normaldır. Saysız-hesabsız sevgi təklifləri alan biriyəm. Əgər mən bir insandan müsbət enerji almasam və o insan mənim ruhumu oxşamağı bacarmasa, bir trilyon da versə, onunla bir masa arxasında əyləşmərəm".

Sənətçi bildirib ki, onun qəlbini ovsunlayan insan üçün hər şey etməyə hazırdır:
"Münasibətin dəyəri pulla ölçülmür. Mən ruh insanıyam. İnsanın bədənini pul ilə satın ala bilərlər. Amma onun ruhunu, ürəyini pulla almaq mümkünsüzdür. Qəlbimi ovsunlayan adamın uğrunda ölümə gedərəm. Sizcə bunu pulla ölçmək olarmı?"

Afaq Aslan bildirib ki, bir kişi onu yalnız insani keyfiyyətləriylə əldə edə bilər:

"Eşq insana gələndə birdən gəlir. Məni bir kişi qarşısında milyonlarıyla yox, sahib olduğu insani keyfiyyətləriylə əyə bilər. Bunu bir fəhlə də ola bilər, bir məmur da, bir avtoritet də.

Milyonçu olub bir qadını milyonlarıyla açaldan kişiylə bir masada əyləşməkdənsə, yüksək insani keyfiyyətlərə sahib olub, yüksək mədəniyyətliylə bir qadına əsl xanım kimi rəftar edən insanla bir masada əyləşmək mənim üçün daha xoş olar".
Oxşar xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət