» » Vəfa Şəbnəm Tovuzlunu Familə görə təhqir edib? — TƏFƏRRÜAT

Vəfa Şəbnəm Tovuzlunu Familə görə təhqir edib? — TƏFƏRRÜAT

  • 16-05-2018, 10:41
  • sou
  • 9
Vəfa Şəbnəm Tovuzlunu Familə görə təhqir edib? — TƏFƏRRÜAT















Müğənni Şəbnəm Tovuzluyla (Əsədova) həmkarı Vəfa Şərifovanın arasındakı qalmaqalın əsl səbəbi bəlli olub.
İki xanım sənətçi arasındakı qalmaqala səbəb bir müddət öncə adı mətbuatda hallanan Famil adlı şəxsdir. Belə ki, Famil illər öncə Ş.Tovuzluyla vətəndaş nikahında yaşayıb və sonradan münasibətlər gərginləşdiyindən onlar ayrılıblar. Bir müddət sonra isə Famil Ş.Tovuzlunun həmkarı Vəfa Şərifovayla münasibətə başlayıb.

Bildirilir ki, V.Şərifova hazırda Famil adlı şəxsdən hamilədir. Deyilənlərə inansaq, Ş.Tovuzlu hələ də keçmiş həyat yoldaşının həmkarıyla evlənməsini qəbul edə bilmir.
Qeyd edək ki, bir neçə gün öncə prodüser Tolikin aparıcısı olduğu "Hər şey daxil verilişində qonaq olan V.Şərifova Şəbnəm Tovuzlu barəsində xoşagəlməz fikirlər səsləndirmişdi.

"Prodüserə demişəm ki, bəzi adlar var, onlarla eyni verilişə çıxmaq istəmirəm. Mənim hər şeydən önəmli sərvətim adımdır. İstəmərəm ki, mənim adım səhnəmizin üz qaraları ilə, bir ayda üç kişi dəyişənlərlə bir arada çəkilsin",- deyə Şərifova bildirmişdi.
Oxşar xəbərlər
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət