» » Zemfiradan ucuz şou: yalançı qəza və rüsvayçı təqdimat

Zemfiradan ucuz şou: yalançı qəza və rüsvayçı təqdimat

  • 1-03-2018, 12:02
  • sou
  • 129
Zemfiradan ucuz şou: yalançı qəza və rüsvayçı təqdimat














Məhəllələr arası ilə hərəkət edən zaman oldu hadisə. Cavan oğlan idi, anidən çıxdı maşının qarşısına.
Bu sözləri Kult.az-a müğənni Zemfira İbrahimova qəza törətməsi barədə yayılan görüntülər barədə danışarkən deyib. Müğənni bildirib ki, hər şey yaxşıdır, heç bir ciddi problem yoxdur:
“Çox şükür, hər şey yaxşıdır. Anidən baş vermiş hadisədir. Məhəllə arası ilə hərəkət edirdik. Sürət çox aşağı idi. Anidən digər məhəllədən cavan bir oğlan çıxdı. Şükür, heç nə olmadı. Mən özüm də yaxşıyam, Aynur xanım da, həmin şəxs də”.
Z.İbrahimova olayın nə vaxt, harada baş verməsi və öz maşınının reqistratorunun qeydə aldığı adam vurduğunu əks etdirən videonu niyə yaydığını açıqlamayıb.
***
Zemfira İbrahimovanın qəza törətməsi ilə bağlı yayılan videonun yalan olduğu üzə çıxıb. Axşam.az-ın xəbərinə görə, Zemfira heç bir qəza keçirməyib. Verilişlərdən birinin çəkilişi üçün belə bir ssenari hazırlanıbmış.
Maraqlıdır ki, bu görüntünü Zemfiranın prodüseri Aynur Bağırova, “Şükür ki, salamatçılıqdır. Allah bizi qorudu” şərhi ilə İnstaqram səhifəsində yerləşdirib. Zemfira özü isə saytımıza açıqlamasında bunun veriliş üçün çəkiliş olması barədə heç bir məlumat vermədən, həqiqi qəza keçirmiş kimi danışıb.
Oxşar xəbərlər
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

Mədəniyyət