» » Tənqidçilər aktrisa Angelina Jolienin həyat yoldaşı Brad Pittlə yeni səhnələşdirdiyi "By The Sea" filmini boş layihə adlandırıb.

Tənqidçilər aktrisa Angelina Jolienin həyat yoldaşı Brad Pittlə yeni səhnələşdirdiyi "By The Sea" filmini boş layihə adlandırıb.

Şəxsi münasibətlərdən bəhs edən dram filminin ssenarisini Jolie yazıb. O, həm də filmə rejissorluq edib. Film Los Angelesdə Amerika Film İnstitutunun Film Festivalının açılış tədbirində təqdim edilib. Hollywood Reporter xəbər saytı filmi "monoton dram" adlandıraraq "çox uzun" olduğunu qeyd edib.

Variety bildirib ki, film "qəlbi və beyni yaxşı qarışdıra" bilməyib. Jurnal filmə "1970-ci illər bədbəxt amerikan cütlüyünün Malta sahilində istirahəti zamanı şeytanlarından qurtulmaq cəhdi" kimi qiymət verib.

Screen Daily isə bildirib ki, filmin ulduzlarının "mağar cəlbediciliyi olduğu üçün onun diqqət toplayacağına əminlik var".

Bu, cütlüyün 2005-ci ildə "Mr və Mrs Smith" filmindən sonra birgə oynadığı ikinci, Jolienin isə rejissor kimi üçüncü filmidir.

Jolie 2011-ci ildə In The Land of Blood and Honey, 2014-cü ildə isə Unbroken filmlərini səhnələşdirib.

The Wrap isə bildirib ki, bu filmlə Jolie-nin rejissor kimi reputasiyası "nə enəcək, nə də artacaq".

Film ABŞ-da 13 noyabrda, Böyük Britaniyada isə 11 dekabrda kütləvi nümayişə buraxılacaq.

Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Mədəniyyət