» » Məktəbi vaхtından əvvəl bitirmək istəyənlərin NƏZƏRİNƏ

Məktəbi vaхtından əvvəl bitirmək istəyənlərin NƏZƏRİNƏ

Məktəbi vaхtından əvvəl bitirmək istəyənlərin NƏZƏRİNƏ
















Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahanlar başlayıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən xəbərə görə, eksternat imtahanları paytaxtdakı 220 nömrəli məktəb-liseydə təşkil olunub və yanvarın 15-də də davam edəcək.

Test və müsahibə mərhələsindən ibarət olan eksternat imtahanlarında suallar fənn proqramlarına uyğun şəkildə hazırlanıb.
Eksternat imtahanlarının nəticələri BŞTİ tərəfindən yaradılan komissiya tərəfindən 5 ballıq şkala ilə qiymətləndiriləcək.

Qeyd edək ki, ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən şagirdlər üçün təşkil olunmuş eksternat imtahanları Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları”na əsasən keçirilir.
Oxşar xəbərlər
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Mədəniyyət