Bakı meriyasından əhaliyə xəbərdarlıq » Bizimhedef.info
» » Bakı meriyasından əhaliyə xəbərdarlıq

Bakı meriyasından əhaliyə xəbərdarlıq

Bakı meriyasından əhaliyə xəbərdarlıq















Bakıda əsən güclü külək bəzi hallarda ağacların qırılmasına səbəb olur. Bu isə insanların həyatı üçün təhlükə yaradan haldır. Dünəndən etibarən isə Bakıda və Abşeron yarımadasında əsən güclü külək yenə ağacların aşması ilə bağlı təhlükəli vəziyyət yaradıb.

Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin şöbə rəisi Orxan Məmmədov report-a bildirib ki, bu gün paytaxtın müxtəlif ərazilərində güclü külək nəticəsində ağacların budaqlarının sınması və kökündən qopması ilə bağlı birliyə 6 müraciət daxil olub: “Bu hadisələr nəticəsində xəsarət alan olmasa da, hər an faciə baş verə bilər. Məsələn, bu gün Nəsimi rayonunda bir ağac dayanacağın üzərinə aşıb”.

Onun sözlərinə görə, Bakıda torpağın münbitliyi və kökünün çox möhkəm olmaması səbəbindən ağacların hər an aşmaq təhlükəsi var: “Ona görə də əhaliyə xəbərdarlıq etmək istəyirik ki, iri gövdəli ağacların altında dayanmasınlar, avtomobil saxlamasınlar və ehtiyatlı olsunlar. Hətta sağlam ağac belə güclü küləyin təsirindən aşa bilər”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a deyib ki, Nazirlik bir neçə gündür güclü küləklə bağlı əhalini xəbərdar edib: “Artıq Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə olunur. Avqustun 10-11-də paytaxtda və yarımadada güclü şimal-qərb küləyi əsəcək. Ayın 12-si səhər saatlarından başlayaraq küləyin tədricən mülayimləşməsi müşahidə olunacaq”.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov “Report”a bildirib ki, aşan ağacların, təxminən, 60-70 faizi qovaq ağaclarıdır: “Bakıda həm uzun ömürlü, həm də möhkəm gövdəli ağaclar əkilməlidir. Məsələn, şam, çinar, Eldar şamı, sərv, akasiya, zeytun ağaclarının aşma ehtimalı çox azdır. Bakıda isə vaxtilə daha çox qovaq ağacları əkiblər, onların isə ömrü 25-30 il olur, yaş həddi çatanda ağacın kövrəkliyi çoxalır. Düzdür, qovaq çox tez inkişaf edir, yarpaqları çox olur, havanı oksigenlə daha çox təmin edir, amma onların gövdəsinin möhkəmliyi çox deyil. Qovaq ağacının kökü çox dərinə getmir, üst hissəyə yayılır”.
Oxşar xəbərlər
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət