» » Təhsil Nazirliyinin müəllimlərlə YENİ OYUNU - QALMAQAL

Təhsil Nazirliyinin müəllimlərlə YENİ OYUNU - QALMAQAL

Təhsil Nazirliyinin müəllimlərlə YENİ OYUNU - QALMAQAL
















Azərbaycanın dövlət ümumtəhsil müəssisələrində müəllimlərin attestasiyası ləğv edilir. Bununla bağlı Əmək Məcəlləsinin 66-cı (Attestasiya olunmayan işçilər) maddəsinə yeni bənd əlavə edilir. Yeni bəndə əsasən, “Azərbaycan Respublikasında dövlət ümumitəhsil müəssisələrində işləyən təhsilverənlər” attestasiya olunmayacaqlar. Ekspertlər hesab edir ki, attestasiyanın ləğv olunması o deməkdir ki, artıq müəllimə təhsilinə və stajına görə deyil, onun bilik və bacarığına, yəni sertifikasiya imtahanında göstərdiyi qabiliyyətə uyğun əmək haqqı veriləcək.

Karyera Tədris və Araşdırmalar Mərkəzinin direktoru Elşən Qafarov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, ümumtəhsil məktəblərində işləyən müəllimlərin sertifikasiyadan keçirilməsi məsələsi gündəmə gəldikdən sonra məlum oldu ki, Təhsil Nazirliyi bu sertifikasiyanı attestasiyaya bərabər şəkildə həyata keçirmək istəyir: “Ümumtəhsil pilləsini düşdüyü ağır dürumdan çıxartmaq üçün sertifikatlaşmanın məhz bu şəkildə həyata keçirilməsi ən optimal variantdır. Sertifikasiyanın həyata keçirilməsi ilə bağlı mexanizmlər tam açıqlanmır. Amma bu proseslə bağlı fikir və təkliflərimi bir neçə dəfə bildirmişəm. Əmək Məcəlləsinin 66-cı maddəsinə ( “Attestasiya olunmayan işçilər”) “Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər” bəndinin əlavə edilməsi Əmək Məcəlləsinə daha öncə əlavə edilmiş 67-2 maddənin məntiqi davamıdır.

Ümumtəhsil məktəblərində çalışan müəllimlərin sertifikasiyasının nəticələrinin attestasiyaya bərabər şəkildə tənzimlənməsi attestasiyaya ehtiyac saxlamır. Bir daha qeyd edim ki, sertifikatlaşma və bu prosesin həyata keçirilməsi ilə bağlı Əmək Məcəlləsində təklif olunan dəyişikliklərə loyal yanaşmaq, ümumitəhsil pilləsində təhsilin inkişafı üçün təhsilverənlərin peşəkarlıq səviyyələrinin ölçülməsi, inkişafı ilə bağlı atılacaq addımlara təhsil ictimai dəstək verməli, bu sahədə atılacaq addımları dəstəkləməli və Təhsil Nazirliyinin yanında olmağı bacarmalıdır. Məsələ milli mənafeni özündə əks etdirir. Bu baxımdan vətəndaş olaraq milli mənafeni, şəxsi mənafedən üstün tutmaq hər birimizin vətəndaşlıq borcumuzdur. Sertifikatlaşmanın mexanizmləri, həyata keçirilməsi üçün hüquqi bazanın yaradılması istiqamətləri, icra və nəticələrinin hesablanması mexanizmləri azı 1 il öncə yerinə yetirilsəydi, məqsədə müvafiq olardı. Eyni zamanda ümumitəhsil pilləsində hələ də əsas problem olaraq qalmaqda olan “saxta diplom” və 2013-cü ildən bu yana işə qəbul edilmiş “MİQ-dən kənarlar”, “Psixoloqlar”, “Direktor və müavinlərin dərs yükü “ problemlərinə də aydınlıq gətirilməlidir.

Fikrimcə, ümumtəhsil müəssisələrində işləyən müəllimlərin sertifikasiyasının həyata keçirilməsi ilə yanaşı ( bəlkə də ilk olaraq) həmin təhsil müəssələrində işləyən rəhbər işçilərin, RTŞ-lərin nəzdində olan metodkabinetlərdə çalışan metodistlərin idarəetmə və peşə-ixtisası üzrə sertifikasiyası həyata keçirilməlidir. Bu sahədə ciddi addımlar atılmasa , diaqnostik qiymətləndirmə zamanı yol verilən bir çox neqativ halların təkrarlanması ehtimalı artmış olacaq”.
Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət