» » AMEA-nın Arxeologiya İnstitutunda nə baş verir? - Şikayət var

AMEA-nın Arxeologiya İnstitutunda nə baş verir? - Şikayət var

AMEA-nın Arxeologiya İnstitutunda nə baş verir? - Şikayət var
















"Son günlər Qarabağda ermənilər tərəfindən aparılan arxeoloji qazıntılar barədə yazdığım məqalə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda formalaşmış mafiyaya ağır zərbə vurub. Çünki bunların iç üzünü üzə çıxartmışam, dövlətin ölkə arxelogiyasının inkişafı üçün ayırdığı pulları havaya sovurmalarını yazmışam".

Bu sətirlər AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Səbuhi Hüseynovun elektron poçtumuza göndərdiyi məktubdandır.

S.Hüseynov yazır:

"Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi isə məndən özünəməxsus şəkildə, alimlərə yaraşmayan tərzdə heyif çıxmaq və məni susdurmaq üçün mətbuatda dediyim kimi, ailəmə doğru yönəldi. Həmin İnstitutda kadrlar şöbəsinin müdiri işləyən həyat yoldaşım Gülüstan İsayevaya təzyiqlər başladı. Bu azmış kimi, onlar o qədər, harınlayıblar ki, hamilə olan həyat yoldaşıma fiziki təzyiq göstəriblər. İnstitutun direktoru Maisə Rəhimovanın və elmi işlər üzrə müavin Nəcəf Müseyiblinin adamı kimi tanınan Mətanət Hüseynova bu gün, hamilə həyat yoldaşıma xəsarət yetirmək məqsədi ilə ona qarşı hücuma keçdi. Məqsəd məni qorxutmaq və bildirdiyim fikirlərə görə, mənə daha sərt təzyiq etmək idi. Dərhal polisə zəng etdik. 28-ci bölmənin əməkdaşları hadisə yerinə gəldi və izahatlarımızı aldı.

Qarabağın arxeoliji qazıntıları barədə yazılara tutarlı cavabı olmayan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu bu qədər acizdirmi? Bir nəfər tarixçi alimin cavabını, elmi əsaslar və faktlarla cavab verməyə gücünüz çatmırmı? Siz ümumiyyətlə, azad fikir və vətəndaşlıq mövqeyinin nə olduğunu bilirsinizmi?

Deməli, İnstitutun rəhbər şəxslərinin Qarabağ adı ilə yediyi pullarını haqlı olaraq qeyd etmişdim. Dözümsüzlük nümayiş etdirib orada çalışan həyat yoldaşıma qarşı bu cinayətə də getməkdən çəkinmədilər. Hətta institutun direktoru bir az da irəli gedərək, bizi təhqir edib aşağıdakıları bizə deməkdən çəkinmədi: "Qarabağ indimi yadnıza düşüb, bəs Qarabağ işğal olunanda siz hardaydınız?"

Hörmətli Maisə Rəhimovaya xatırlatmaq istəyirəm ki, Ağdam və ümumiyyətlə Qarabağın işğalı vaxtı mənim 13 yaşım var idi. Lakin mən anamla son günə qədər güllənin və raketin altında Ağdam şəhərində olmuşam. Mənim atam və həyat yoldşımın atası ermənilərlə üz-üzə döyüşdə idilər. Canı və qanı bahasına düşmənlə mübarizəyə başları qarışmışdı. Mənim atamın başı bu işə elə qarışmışdı ki, oğul övladı olan məni belə unutmuşdu. Çünkü Ağdamdan bir az da gec olaraq çıxsaydıq, anam və məni ermənilər əsir götürəcəkdilər. Siz yaxşı olar ki, rəhbəri olduğunuz, ancaq başsız qalmış o institutunuza baxın. İdarəçiliyi "0" etdiyiniz elə mühüm bir strateji institutu koorrupsiya yuvasına döndərməyiniz bəs deyilmiş kimi, hələ bir düşmənimiz olan erməni ilə mübarizədə də uduzursunuz. Ayıbdır! Torpaq uğrunda canından keçmiş oğlanların ruhundan ayıbdır! Qarabağ üstündə korrupsiya qurmağa haqqınız yoxdur.

Məni susdurmaq üçün istədiyiniz metoda əl ata bilərsiniz. Amma cavabınızı Azərbaycan dövlətinin rəhbərliyi, Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinə vərəcəksiniz. Çünkü bu hadisədən sonra artıq bu qurumlara müraciət etmiş olacam. Sizi mənə və ailəmə qarşı olan təzyiqlərə, eləcə də bu biabırçı fəaliyyətinizə son qoymağa çağırıram. Tutduğunuz vəzifə Azərbaycan elmi üçün böyük ləkədir!"

Qarşı tərəf cavab haqqından istifadə edərək, düşüncələrini yazıb eyni qaydada elektron poçtumuza göndərə bilər.
Musavat.com
Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət