» » Bakıda məscidin işığını borca görə kəsdilər - "Bizə fərq etmir, borcu ödəsinlər yandıraq!"

Bakıda məscidin işığını borca görə kəsdilər - "Bizə fərq etmir, borcu ödəsinlər yandıraq!"

  • 27-12-2017, 13:56
  • sosial
  • 127
Bakıda məscidin işığını borca görə kəsdilər - "Bizə fərq etmir, borcu ödəsinlər yandıraq!"













Abşeron rayonunun Novxanı kəndində yerləşən "Hacı Səfərəli" məscidinin işıqları kəsilib.

İşıqların kəsilməsinə səbəb məscidin elektrik enerjisinə görə 24 min manat borcunun olmasıdır. Məlumata görə, 1 həftədir işıqsız qalan məsciddə bu səbəbdən azan da oxunmur.

"Azərişıq"ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məsələ ilə bağlı açıqlamasından bildirib ki, məscidin elektrik enerjisinə görə 24 min yox, 9 min manat borcu var: "Bizim üçün abonentlərin fərqi yoxdur. Borc tam ödənildikdən sonra elektrik enerjisinin verilişi bərpa olunacaq. Məscidlərin hamısı Qafqaz Müsəlmanları İdarəsinin tabeliyindədir. Borcu da QMİ ödəsin”.
Oxşar xəbərlər
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Mədəniyyət