» » Əli Kərimlinin 2018 projesi: Cəmil Həsənli yenə “rasxod”a verilir - Eksklüziv

Əli Kərimlinin 2018 projesi: Cəmil Həsənli yenə “rasxod”a verilir - Eksklüziv

Əli Kərimlinin 2018 projesi: Cəmil Həsənli yenə “rasxod”a verilir - Eksklüziv












Milli Şura 2018 prezident seçkilərinə yenə də Cəmil Həsənlinin namizədliyini irəli sürəcək

Heç vaxt prezidentliyə namizəd olmamış AXCP sədri Əli Kərimli yenə C.Həsənlini qabağa verir.

Müxalifətin gələn ilki seçkilərlə bağlı konkret qərarları və konsepsiyası, strategiyası yoxdur. Milli Şura seçkini boykot etməyə də qərar verə bilər.

Amma hazırkı nəticələr ondan ibarətdir ki, Müsavat Partiyası İsa Qəmbər, Milli Şura Cəmil Həsənlinin namizədliyi ilə seçkidə iştirakda qərarlıdır.

Müsavatın eks-başqanı İsa Qəmbərin son müsahibəsi də ondan xəbər verir ki, Milli Şura ilə heç bir əməkdaşlıq olmayacaq.

AXCP sədri Əli Kərimli yenə də prezidentliyə namizəd olmağa tələsmir. İndiyə qədər heç vaxt namizdədliyi olmayan Ə.Kərimli şansını qoruyub saxlamağın tərəfdarıdır.

İsa Qəmbərin isə namizəd olacağı gözləniləndir. Onun müsahibəsi də, Müsavat rəhbərliyinin qurultaydan qabaq verdiyi bəyanat da 2018 seçkilərində partiyanın namizədinin İ.Qəmbər olacağına dəlalət edir.

Ulus.Az-a daxil olan xəbərdə bildirilir ki, C.Həsənli MŞ-nın ehtiyat namizədi kimi 2013 seçkilərində irəli sürüldü. Çünki vahid namizəd Rüstəm İbrahimbəyov Bakıya gəlmədi və həbs olunacağından qorxdu.

O zamandan MŞ-ya sədrlik edən C.Həsənlinin müxalifətin ən optimal namizədi olacağı deyilir. Bundan ayrı Milli Şura və Müsavatın hansısa bazası və gücü qalmayıb.

Əli Kərimlinin isə prosesləri izləyərək gedişata uyğun qərar verəcəyi bildirilir. Əgər Qərbdən ciddi şəkildə dəstək olarsa, namizədliyini irəli sürə bilər.

2018-ci il prezident seçkilərində də yeni bir “Rüstəm İbrahimbəyov ssenarisi”nin və növbəti bir “İbrahimbəyov”un meydana çıxarılacağı ehtimalının yüksək olduğu barədə son günlər bir sıra siyasətçilərin açıqlama və proqnozlarına rast gəlirik.

Budəfəki ssenaridə ənənəvi müxalifət partiyalarının iştirak edib-etməyəcəyinə gəlincə, qeyd olunur ki, bu dəfə bir qədər fərqli şəkildə proses gedə bilər.
Yeni ssenaridə iştirak üçün Azərbaycan daxilində siyasi qüvvələr içərisindən tərəfdaşlar tapılacaq və həmin qüvvələr ortaya çıxacaq.
Oxşar xəbərlər
«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət