» » Elmar Məmmədyarovdan Rusiyaya gözlənilməz səfər

Elmar Məmmədyarovdan Rusiyaya gözlənilməz səfər

Elmar Məmmədyarovdan Rusiyaya gözlənilməz səfər














Azrəbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvaya işgüzar səfərə yola düşüb

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Report"a açıqlamasında bildirib ki, səfər tarixi Rusiya tərəfi ilə əvvəlcədən razılaşdırılıb.

Moskvaya səfər çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarıi Serqey Lavrov ilə görüşəcək.

Görüşdə Azərbaycan və Ermənistan prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində aparılan danışıqlar əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin həlli məsələləri müzakirə olunacaq.

Bundan əvvəl Ermənistan xarici işlər naziri Edvard Nalbandyan 19 yanvar tarixində Moskvada səfərdə olub və Rusiya xarici işlər naziri Serqey Lavrovla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini müzakirə edib.
Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Mədəniyyət