Arif Hacılı niyə susub? - Müəmma
- 25-09-2016, 12:46
- siyaset
- 275

Müsavat başqanı Arif Hacılı susub. Politika.Az-ın məlumatına görə, partiya lideri üç gündür Feysbuk səhifəsində bir sətir belə yazmayıb
Onun sonuncu statusu müavini Səxavət Soltanlının polisə çağırılması olub. Geridə qalan üç gün ərzində isə A.Hacılı nə mətbuata müsahibələr verib, nə sosial şəbəkədə fəal olub.
Müsavat başqanının susqunluğu müəmmalıdır və qəfil passiv fazaya keçməsi aydın deyil. Halbuki, A.Hacılı son 3-4 gündən maksimum dərəcədə istifadə etməli, təbliğat işini birə beş artıq gücləndirməliydi.
Amma referenduma iki gün qalıb və Müsavat partiyası fəaliyyətini qeyri-rəsmi dondurub. Sabah, yəni sentyabrın 25-i isə “sükut günü”dür və təbliğat-təvşiqat kampaniyası dayanır.
O deməkdir ki nə sosial şəbəkələrdə, nə mətbuatda təbliğat aparmaq qadağandır. Ancaq Müsavat son bir gün qalan şansdan belə istifadə etmir və xalqa hər hansı çağırışı olmayıb.
Ümumiyyətlə, partiya 17 sentyabr mitinqi ilə işini bitirib və kampaniyanı dayandırıb. Hərçənd, xalqa müraciət olunmalıdır və referendum bəyanatı ünvanlanmalıdır.
A.Hacılı və müsavatçılar isə Milli Şuranı 24 sentyabr mitinqini təxirə salmağına görə qınamaqdan savayı bir fəallıqla yadda qalmadı.