» » “Elmar Məmmədyarovun danışığında qüsurlar olsa da, peşəkar diplomatdır” — Akademik

“Elmar Məmmədyarovun danışığında qüsurlar olsa da, peşəkar diplomatdır” — Akademik

“Elmar Məmmədyarovun danışığında qüsurlar olsa da, peşəkar diplomatdır” — Akademik














Milli Məclisin deputatı, akademik Nizami Cəfərov xarici işlər naziri Elmar Məmmədyarovun Azərbaycan dilində yaxşı danışa bilməməsi ilə bağlı aparılan müzakirələrə münasibət bildirib.
N.Cəfərov açıqlamasında deyib ki, Elmar Məmmədyarovun Azərbaycan dilində danışığında çoxlu qüsur var:

“Elmar Məmmədyarovun Azərbaycan dilində danışığında qüsurlar çox olsa da, ancaq o, peşəkar diplomatdır. Bu adam həm xarici işlər naziri kimi, həm də diplomat kimi peşəkardır. Elmar müəllimin rus və ingiliscəsi də çox mükəmməldir. Bu şərtlər də xarici işlər naziri üçün vacib amildir. Yəni, xarici işlər naziri üçün tələb olunan əksər vacib şərtlər Elmar Məmmədyarovda var. Yaxşı olar ki, dilimizi də öyrənsin”.

Akademik qeyd edib ki, Azərbaycan dilində yaxşı danışmağı öyrənmək Elmar Məmmədyarovun özündən asılı olan məsələdir:

“Elmar Məmmədyarovun yalnız Azərbaycan dilində danışığında problemlər var. Əgər o digər xarici dilləri mükəmməl öyrənə bilibsə, deməli Azərbaycan dilində danışmağı da öyrənə bilər. Dil və təfəkkürün dərk olunması ümumidir. Yəni, Elmar Məmmədyarov xarici dilləri bilirsə, Azərbaycan dilini də öyrənə bilər. Görünür ki, Elmar Məmmədyarov Azərbaycan dilindən az istifadə etdiyi üçün danışığında müəyyən qüsurlar yaranır. Mən Elmar müəllimin atasını tanıyıram. O, alim ailəsindən çıxıb. Elmar Məmmədyarovun atası bizim böyük alimlərimizdən biridir. Onun atası Azərbaycan dilini çox yaxşı bilir. Amma istənilən halda Elmar Məmmədyarov da danışıq vərdişlərini təkmilləşdirə bilər. Bunun üçün də ona heç kimin köməyi və ya müəllim lazım deyil. Elmar Məmmədyarov istəsə, Azərbaycan dilində yaxşı danışmağı da öyrənə bilər”.

Ölkə.Az
Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Mədəniyyət