» » Ağdamın yeni icra başçısı kimdir? - DOSYE

Ağdamın yeni icra başçısı kimdir? - DOSYE

Ağdamın yeni icra başçısı kimdir? - DOSYE















Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Vaqif Həsənovun Ağdam rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Həsənov Vaqif Bəhram oğlu 18 fevral 1959-cu ildə Ağdam rayonunda anadan olub. 1986-cı ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU) bitirib. İxtisasca tarixçidir.

Əmək fəaliyyətinə 1977-ci ildə Bərdə kolxozlararası tikinti idarəsində fəhlə kimi başlayıb. 1977-1979-cu ildə hərbi xidmətdə olub. 1980-1987-ci ildə 26 Bakı komissarı adına NQÇİ-də elektrik çilingəri, 1987-1989-cu ildə 26 Bakı komissarı adına NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatının partiya təşkilatında katib, 1989-1991-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda dinləyici, 1991-ci ildə 26 Bakı komissarı adına NQÇİ-nin partiya komitəsində katib, 1991-1995-ci ildə Ə.Ç.Əmirov adına NQÇİ-nin Xüsusi şöbə rəisi, 1995-2001-ci ildə H.Z.Tağıyev adına NQÇİ-nin Mənzil Kommunal Təsərrüfatı rəisi, 2001-2005-ci ildə H.Z.Tağıyev adına NQÇİ-nin Kadrlar şöbəsinin rəisi, 2005-2006-cı ildə N.Nərimanov adına NQÇİ rəisinin ümumi məsələlər üzrə müavini, 2006-2011-ci ildə Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti aparatının başçısının müavini, 2011-2013-cü ildə Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti aparatı başçısının müavini, 2013-2018-ci ildə Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

V.Həsənov ötən gün dövlət başçısının sərəncamı ilə Ağdam rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, bundan öncə Ağdamın icra başçısı Raqub Məmmədov olub.
Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Mədəniyyət