» » Novruz Məmmədov nazirliyin kollegiyasının yeni tərkibi təsdiqlədi

Novruz Məmmədov nazirliyin kollegiyasının yeni tərkibi təsdiqlədi

Novruz Məmmədov nazirliyin kollegiyasının yeni tərkibi təsdiqlədi














Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının yeni tərkibini təsdiq edib.
Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb. Qərara görə, Kənd Təsərrüfatı Nazirliyinin kollegiya üzvlərinin sayı 15 (on beş) nəfərdən ibarət müəyyənləşdirilir və aşağıdakı tərkibdə təsdiq edilir:

Kollegiyanın sədri:

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavinləri

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin rəisi

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin rəisi

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparatının bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparatının heyvandarlığın təşkili və identifikasiyası şöbəsinin müdiri

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aparatının hüquq şöbəsinin müdiri.
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Mədəniyyət