Əliyevi Bakıda hazırlanan inqilab barədə xəbərdar etdim” - Moldovanın eks-prezidenti » Bizimhedef.info
» » Əliyevi Bakıda hazırlanan inqilab barədə xəbərdar etdim” - Moldovanın eks-prezidenti

Əliyevi Bakıda hazırlanan inqilab barədə xəbərdar etdim” - Moldovanın eks-prezidenti

Əliyevi Bakıda hazırlanan inqilab barədə xəbərdar etdim” - Moldovanın eks-prezidenti
















2009-cu ilin aprel ayının 7-də Kişinyovda 2014-cü ilin Kiyev Maydanının baş məşqi keçirildi. Bu məşqin müəllifi və rejissoru Latviya mənşəli ABŞ vətəndaşı Aleks Qriqoryevsdir. O, Miloşeviçə qarşı Yuqoslaviyanın dağılmasına gətirib çıxarmış inqilabın müəllifidir”, - Moldovanın eks-prezidenti, kommunist partiyasının hazırkı lideri Vladimir Voronin yerli mətbuata bildirib.

Virtualaz.org Moldova KİV-lərinə istinadən xəbər verir ki, eks-prezidentin sözlərinə görə, Aleks Qriqoryevs Bakıda peyda olduqdan sonra o, Azərbaycan prezidenti İlham Əliyevi Azərbaycanda hazırlanan inqilab barədə xəbərdar edib: “O, Soros fondundandır, Amerika demokratiya institutunu təmsil edir. Bunlar “narıncı inqilablar”ı təşkil edənlərdir”.

Xatırladaq ki, 2013-cü ildə Kiyev Maydanına hələ çox qalmış virtualaz.org Azərbaycanda Moldovadakı “twitter inqilabı”na bənzər “feysbuk inqilabı”nın hazırlanması ilə bağlı araşdırma aparmışdı. Azərbaycanda yeni inqilabın əsas simalarından biri kimi ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycandakı nümayəndəliyinin başçısı Aleks Qriqoryevs çıxış edirdi. Sonradan A.Qriqoryevs Azərbaycandan qovuldu, Amerika institutunun nümayəndəliyi isə fəaliyyətini dayandırdı.
Oxşar xəbərlər
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət