» » Yeni nazirlər etimadı nə qədər doğruldur? - ARAŞDIRMA

Yeni nazirlər etimadı nə qədər doğruldur? - ARAŞDIRMA

Yeni nazirlər etimadı nə qədər doğruldur? - ARAŞDIRMA
















Prezident seçkilərindən sonra hökumətin tərkibində ciddi dəyişikliklər edildi. Bir sıra nazirlik və dövlət qurumlarının rəhbər heyəti dəyişdirildi. Xüsusilə, gənc kadrların rəhbər təyin olunduğu sahələrin yeni inkişaf mərhələsinə keçəcəyinə dair gözləntilər yarandı. Yeni rəhbərlik onlara etimad göstərilən sahələrin ön sıraya çıxması üçün addımlar atılacağı vədini verdi və hər kəs öz sahəsində ciddi inkişafa nail olacağını bildirdi. Qeyd etmək yerinə düşər ki, dəyişiklik olunan qurumların sabiq rəhbərliyinin fəaliyyəti ciddi narazılığa səbəb olurdu və mütəmadi olaraq pozuntulara yol verilməsiylə gündəmə gəlirdi. Görünən odur ki, sabiq məmurlar ölkə rəhbərliyinin də etimadını doğrultmadığından yeni hökumətdən kənarda qaldılar.

Bəs dəyişikliyin nəticəsi oldumu? Doğrudur, hələ ki, yeni təyinat alan nazirlərin fəaliyyəti ilə bağlı yekun rəy vermək mümkün deyil, çünki təyinat 3 aydan bir qədər artıq müddəti əhatə edir. Amma razılaşaq ki, 3 ay problemləri öyrənmək və onların aradan qaldırılması üçün mexanizm hazırlamağa kifayət edəcək müddətdir. Artıq bəzi sahələrdə müsbətə doğru dəyişiklik də hiss olunur.

Əsas diqqətçəkən məqam yeni təyinat alan nazirlərin baş verən hansısa hadisəyə, problemə çevik reaksiya verməsidir ki, bu da vətəndaşlar arasında yüksək qiymətləndirilir.

Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyinin rəhbərliyi dəyişdirilib. Adıçəkilən qurumların bəzilərində müsbət istiqamətdə irəliləyiş görünür.

Təyinatdan o qədər də uzun zaman keçməməsinə baxmayaraq, Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti qənaətbəxş görünür. Yeni nazir İnam Kərimov ASAN Xidmətə rəhbərlik etdiyi dönəmdə qazandığı müsbət imici nazirlikdə də qoruyub saxlamağa çalışır. Nazirliyin son 3 ayda göstərdiyi fəaliyyətə nəzər saldıqda, İnam Kərimovun ona göstərilən etimadı doğrultmağa çalışdığını görmək mümkündür.

Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynovun da hələlik etimadı doğrultduğunu söyləyə bilərik. Ümumiyyətlə, V.Hüseynovun mətbuata açıq olması, hətta sosial şəbəkə üzərindən ona ünvanlanan suallara, iradlara anında cavab verməsi yeni sədrə xüsusi münasibət formalaşdırır. Bu, həm də onun rəhbərlik etdiyi qurumun şəffaf fəaliyyət göstərməsinə doğru ilk addımlardır. Qeyd edək ki, xidmətin keçmiş rəisinə ən çox ünvanlanan tənqidlər məhz qeyri-şəffalıqla bağlı olurdu. Təsadüfi deyil ki, ölkənin giriş qapısı hesab olunan bir sahə məhz Vüsal Hüseynova tapşırılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yeni rəhbərliyinin təyinatdan keçən müddətdəki fəaliyyətini də qənaətbəxş hesab etmək olar. Qurumun rəhbəri Rövşən Rzayevin də etimadı doğruldacağına inam var. Nəzərə alsaq ki, R.Rzayevin rəhbərlik etdiyi qurum son illər ən çox şikayət olunan, etirazlara səbəb olan komtə idi, hazırda şikayətlərin ciddi ölçüdə səngiməsi onun fəaliyyətinin müsbət nəticələr verəcəyini deməyə əsas yaradır. Xüsusilə də R.Rzayevin təyinatdan sonra qurumda bir sıra “təmizlik” işləri aparması problemlərin aradan qaldırılacağına ümid oyandırıb. Etiraf edək ki, bu sahə ölkənin ən problemli sahələrindən olub, o zaman onları aradan qaldırmaq üçün zamana ehtiyac olduğuna şübhə qalmır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəhbərlik edən Muxtar Babayevin adı mətbuatda tez-tez çəkilməsə də, qurumda bəzi işlər görülür. 3 aylıq fəaliyyət müddətində hələ ki, Muxtar Babayev haqqında şikayət və ya rəhbərlik etdiyi quruma aid hansısa ciddi neqativ informasiya gündəmə gəlməyib. Nazirliyin balansında olan qurumların iş fəaliyyəti bir çox hallarda uğurlu hesab edilib, xüsusilə, mətbuatla əlaqə və şikayət, müraciət, sorğulara çevik reaksiya bəyəniləndir.

Təəssüf ki, yuxarıda adıçəkilən 4 qurum haqqında qeyd olunan müsbət fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi və və Təhsil nazirliklərinin yeni rəhbərliyi barədə demək çətindir. Yeni təyinatlardan öncə hər iki qurum haqqında illərlə formalaşan mənfi imici dağıtmaq hələlik mümkün olmayıb. Təbii ki, hər iki quruma təyinat alan yeni şəxslər, yəni Sahil Babayev və Ceyhun Bayramov ölkə rəhbərliyinin etmadı bəslədiyi kadrlardır, ancaq indi əsas məsələ onların bu etimadı necə doğruldacağıdır ki, ilkin təəssürat yeni nazirlərin xeyrinə deyil. Hər iki sahədə olan çoxsaylı problemlər hələ də aradan qaldırılmayıb. Təhsil, əhalinin sosial müdafiəsi, xüsusilə də pensiya təminatında ciddi islahatlara ehtiyac var. Təsadüfi deyil ki, ölkə başçısı İlham Əliyev Nazirlər Kabinetinin 6 ayın yekunlarına dair iclasında çıxış edərkən məhz bu məsələyə toxunub və mövcud problemləri bir daha diqqətə çatdırıb. Hər iki sahədə olan mövcud problemlərin aradan qaldırılması istiqamətində konkret tapşırıqlar var və adıçəkilən nazirlər problemlərin həlli üçün addımlar atmalıdır.
Cebhe.info
Oxşar xəbərlər
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Mədəniyyət