» » Azərbaycan prezidenti enerji layihələrinə dəstəyə görə ABŞ və Böyük Britaniyaya təşəkkür edib

Azərbaycan prezidenti enerji layihələrinə dəstəyə görə ABŞ və Böyük Britaniyaya təşəkkür edib

Azərbaycan prezidenti enerji layihələrinə dəstəyə görə ABŞ və Böyük Britaniyaya təşəkkür edib

















"Gələn ay TANAP layihəsinin istifadəyə verilməsini qeyd edəcəyik".

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bildirib.

Dövlət başçısı deyib ki, bu gün Cənub Qaz Dəhlizinin rəsmi açılışı qeyd edilir: "Bu layihənin icra edilməsinə 40 milyard dollar qoyulur. Azərbaycanın təsdiq edilmiş qaz resursları 2,6 trilyon kubmetrdir. Bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Azərbaycan, Türkiyə və Gürcüstan bu layihələri icra edərkən güclü regional əməkdaşlıq formatı yaradıb. Regional layihələrin icra edilməsində bu üç ölkənin əməkdaşlıq formatı böyük yer tutur. Bu gün ABŞ hökumətinə təşəkkür etmək istəyirəm. Çünki ABŞ hökuməti bu layihələrdə bizə həm siyasi, həm iqtisadi, həm də mənəvi dəstək göstərib. Bu layihələr böyük resurslar tələb edir və bu maliyyə banklar vasitəsi ilə təmin olunub. Bakı-Tbilisi-Ceyhan və digər layihələrin həyata keçirilməsində bu dəstəyi görmüşük. Böyük Britaniya hökuməti də bu layihələrin reallaşmasında bizə dəstək göstərib. Bu gün də bu dəstəyi görürük. Keçən il Byük Britaniya baş naziri ilə müqavilə imzalanıb".

Avropa İttifaqının Cənub Qaz Dəhlizinə dəstəyindən danışan prezident İlham Əliyev qeyd edib ki, Avropa İttifaqı daim enerji layihələrinə dəstək verib: "2015-ci ildən Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası keçirilir və Avropa İttifaqı bu iclaslarda yüksək səviyyədə iştirak edir. Mən bizə bu layihələrin həyata keçirilməsində dəstək verən beynəlxalq maliyyə korporasiyalarına də təşəkkür edirəm. Azərbaycan etibarlı tərəfdaşdır. Biz bütün borclarımızı vaxtlı-vaxtında qaytarmışıq və qaytaracağıq".
Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət