» » Siyavuş Novruzov: "Aksiyada eyni adamlar iştirak etdilər, eyni fikirləri də səsləndirdilər"

Siyavuş Novruzov: "Aksiyada eyni adamlar iştirak etdilər, eyni fikirləri də səsləndirdilər"

Siyavuş Novruzov: "Aksiyada eyni adamlar iştirak etdilər, eyni fikirləri də səsləndirdilər"














Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov bu gün Milli Şuranın və Müsavat Partiyasının birgə təşkil etdiyi mitinqə münasibət bildirib.
"Ölkə.Az" xəbər verir ki, S.Novruzov “Report”a açıqlamasında deyib ki, bu mitinq bir daha Azərbaycanda demokratik, hüquqi islahatlar həyata keçirildiyini, sərbəst toplaşma azadlığının tam təmin olunduğunu göstərdi: “Mitinq iştirakçılarının təhlükəsizliyi polis tərəfindən qorunurdu. Bu istiqamətdə bütün işlər görülür. Aksiyada eyni adamlar iştirak etdilər, eyni fikirləri də səsləndirdilər. Bundan əvvəlki mitinqdə hansı fikirləri səsləndirirdilərsə, bu mitinqdə də həminki fikirləri səsləndirirdilər. Mitinq iştirakçılarının sayında da dəyişiklik yox idi. Yenə də mitinqdə kütləvilik təmin olunmamışdı, çünki xalqın belə mitinqlərə marağı yoxdur”.
YAP rəsmisi belə mitinqlərin uğursuz olduğunu qeyd edib.

Qeyd edək ki, Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) keçirilən mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.
Oxşar xəbərlər
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Mədəniyyət