Главная > musahibe > “Sərdar Cəlaloğlu, məgər sən hakimiyyətin adamı deyilsən?” — Hacı Əbdül ADP sədrini “TOPA TUTDU”

“Sərdar Cəlaloğlu, məgər sən hakimiyyətin adamı deyilsən?” — Hacı Əbdül ADP sədrini “TOPA TUTDU”


9-07-2018, 09:52. Разместил: admin
“Sərdar Cəlaloğlu, məgər sən hakimiyyətin adamı deyilsən?” — Hacı Əbdül ADP sədrini “TOPA TUTDU”














“Tövbə” cəmiyyətinin sədri hacı Əbdül Əbdülov Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə bağlı yeni ittihamlar irəli sürüb.
Hacı Əbdül Əbdülov açıqlamasında deyib ki, Sərdar Cəlaloğlu hakimiyyətin adamıdır:

“Ötən dəfə demişdim ki, Sərdar Cəlaloğıunun qardaşı Qurban Məmmədov xaricdəki müxalifətdən, özü isə ölkədəki müxalifətdən agentlik edir. Məntiqlə düşünəndə əmin olursan ki, doğrudan da bu belədir. Diqqət edin, xaricdən Azərbaycan prezidentinə və onun ailəsinə qarşı söyüş və təhqirlər yağdırılır. Həmin təhqir kampaniyası aparan adamların arasında Sərdarın qardaşı Qurban Məmmədov da var. Ancaq belə bir məqamda Sərdar Cəlaloğlunun prezidentliyə namizədliyi qeydə alınır, ona müəyyən çərçivələr daxilində tənqidi çıxışlar etməyə icazə verilir və sairə. Bütün bunları anlamaq elə də çətin deyil. Ataların gözəl misalı var: kor-kor, gör-gör! Yəni, Sərdar Cəlaloğlunun kim olduğunu hamı yaxşı bilir. İndi, ay Sərdar Cəlaloğlu, mənim bu fikirlərimdə səhv olan nədir? Nəyi düz demirəm? Məgər sən hakimiyyətin adamı deyilsən? Görünür, mənim dediklərim ona ciddi təsir edib, ifşa olunduğunu anlayır. Ona görə də bilmir ki, vəziyyətdən necə quru çıxsın”.
Hacı Əbdül Sərdar Cəlaloğlu ilə bağlı fikirlərinə görə müqəddəs “Qurani-Kərim”ə də and içməyə hazır olduğunu söyləyib:

“Kim yalan danışırsa, Allah ona qənim olsun. Hünəri varsa, gəlib Sərdar Cəlaloğlu mənim haqqımda dediklərinə görə “Qurani-Kərim"ə and içsin. Ancaq mən müqəddəs kitaba and içməyə hazıram. Sərdarın hünəri varsa, gəlib mənimlə üzbəüz söhbət etsin. Deyir ki, guya mən hakimiyyətin yaltağıyam və sairə. Lalə Şövkət şahiddir, bilir. Vaxtilə hakimiyyətdən mənə dəfələrlə vəzifə təklif olunub, amma heç birinə getməmişəm. Sərdardan fərqli olaraq mən bu barədə alnıaçığam”.
Вернуться назад