» » Afaq Bəşirqızı bəzi məmurları kəskin tənqid etdi — "Özündən qabaq qarnı gələnlərə biz nə qədər güzəştə gedək?"

Afaq Bəşirqızı bəzi məmurları kəskin tənqid etdi — "Özündən qabaq qarnı gələnlərə biz nə qədər güzəştə gedək?"

Afaq Bəşirqızı bəzi məmurları kəskin tənqid etdi — "Özündən qabaq qarnı gələnlərə biz nə qədər güzəştə gedək?"















Xalq artisti Afaq Bəşirqızının paylaşdığı video rekord qırıb.
Mart ayının ilk günü prezidentin mədəniyyət işçiləri ilə görüşündəki çıxışından sonra Afaq Bəşirqızı xalqın böyük rəğbətini qazanıb. Xalq artisti bu yaxınlarda uzun fasilədən sonra elektron mediaya müsahibə verib.

Aktrisa müsahibəsini öz sosial hesabında paylaşıb. Bundan sonra video bir gün ərzində 2 milyondan artıq izlənərək Azərbaycanda izləmə rekordu qırıb.

Müsahibədə Afaq Bəşirqızı bəzi məmurları kəskin tənqid edib:
"Məmuru stola oturdanda, demirlər ki, bu sənin ata evindir, istəyirsən dağıt, istəyirsən qur, istəyirsən də ye, üstündən su iç. Özündən qabaq qarnı gələnlərə biz nə qədər güzəştə gedək? Axı belə olmaz. Bu qədər haqq taptalanır".

Qeyd edək ki, prezidentlə görüşdəki çıxışı da 4,6 milyondan çox izlənib.

Oxşar xəbərlər
«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Mədəniyyət