» » Əflatun Amaşov: “Prezidentin müsahibəsində həssaslığın ən müxtəlif tərəflərini hiss etdim”

Əflatun Amaşov: “Prezidentin müsahibəsində həssaslığın ən müxtəlif tərəflərini hiss etdim”

Əflatun Amaşov: “Prezidentin müsahibəsində həssaslığın ən müxtəlif tərəflərini hiss etdim”















“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Real TV”yə müsahibəsində səsləndirdiyi fikirləri ilk növbədə onun ölkə mediasına verdiyi dəyər kimi qiymətləndirirəm. Bunu dövlət başçısının özü də vurğuladı. Həmkarımız Mirşahin Ağayevin suallarına cavabları onu da deməyə əsas verdi ki, Prezident ölkədə həyatın bütün sahələrini incəliklərinə qədər duyur”.

“Report” xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib.

Ə.Amaşov qeyd edib ki, Prezident medianın missiyasını dövlət idarəçiliyindəki vacib vasitə kimi görür: “Bu, jurnalistikamızın bu gününə, keçdiyimiz yola müstəsna qiymətdir. Dövlət başçısı həssasdır. Müsahibəsində bu həssaslığın ən müxtəlif tərəflərini hiss etdim. Prezidentin hər sözü fəaliyyət platformasıdır, gələcək üçün təminatdır. Onun hər fikrinə vətən, vətəndaş naminə çalışmaq əzmi, prinsipiallıq və qətiyyətlilik hakimdir. Prezident xalqının lideridir. Hər dövlət başçısı bunu bacarmır. Cənab İlham Əliyev liderliyini həm də səmimiliyi, sadəliyi, alicənablığı ilə qazanmış parlaq simadır”.
Oxşar xəbərlər
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

Mədəniyyət