» » Şeyxdən şok sözlər: “…aşurada iğtişaş salmaq istəyirlər”

Şeyxdən şok sözlər: “…aşurada iğtişaş salmaq istəyirlər”

Şeyxdən şok sözlər: “…aşurada iğtişaş salmaq istəyirlər”














Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Məhərrəmlik ayının başlaması münasibətilə fətva verib. Bununla bağlı idarədə tədbir keçirilib.

Tədbirdə çıxış edən A.Paşazadə deyib ki, Sovet dövründə də ölkəmizdə Məhərrəmlik ayı keçirilib: “O zaman da bu aya müqəddəs ay kimi baxıblar. O dövrdə ölkədə 17 məscid var idi, indi isə 2000 məscid var. Hazırda həm sünni, həm də şiə məzhəbindən olan qardaşlarımız bu məscidlərdə İmam Hüseyn əleyhsalamın təziyadarlığını edirlər.

Bir dəfə Hacı Salmanla da zarafat etdim. Dedim ki, onlar istəyirlər ki, İmam Hüseyni bizə verməsinlər, ancaq şiələrindir. İmam Hüseyn həm sünnilərin, həm də şiələrindir. Peyğəmbər övladıdır. Biz peyğəmbəri bölüşə bilmərik. Bəzi təxribatlar salmaq istəyən adamlar da var idi. Onların məqsədləri dinə yaxşılıq etmək deyil, dindən öz məqsədləri üçün istifadə etməkdir. Bu günlərdə xüsusilə aşura və matəm günlərindən istifadə edib iğtişaş salmaq, xalqımızın içində nifaq salmaq istəyirlər. Bunlar da əlbəttə ki, gözü gütürməyən xaricdən maliyyələşdirilən və yol göstərilən bəzi qrupların atdığı addımlardır. Amma bizim xalqmız həmişə oyaq olub. Həqiqətin nə olduğunu gözəl bilir. Aşura günü bizim üçün müqəddəsdir. Bu gün haqqın və ədalətin bərpa olunduğu gündür”. “Qafqazinfo”
Oxşar xəbərlər
«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Mədəniyyət