» » Mübariz Mənsimovdan Ərdoğana təbrik: “Qalib həm də Qarabağdır...”

Mübariz Mənsimovdan Ərdoğana təbrik: “Qalib həm də Qarabağdır...”

Mübariz Mənsimovdan Ərdoğana təbrik: “Qalib həm də Qarabağdır...”















“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov Türkiyədə ötən gün keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gələn Rəcəb Tayyib Ərdoğanı təbrik edib.

Yenicag.az xəbər verir ki, Mübariz Mənsimov seçkilərin qalibi olmuş Rəcəb Tayyib Ərdoğana təbrikini özünün “Facebook” səhifəsində paylaşıb.

Mənsimov öz təbrikində Ərdoğanın bu qələbəsinin Türk-İslam dünyasına xeyirli olmasını diləyib:
“Türkiyə çox çətin şəraitdə tarixi seçimini etdi. Xarici təhrikçilər və onların daxildəki uzantılarının hədəfində tək bir şəxsiyyət vardı: Rəis!

Bütün düşmənlərin birləşdiyi dönəmdə Anadolu Fatih Sultan Mehmet və Mustafa Kemal Atatürk kimi, öz övladına – Rəisinə sahib çıxdı. Beləliklə də, gözlənilən baş verdi.

Türk-İslam dünyasının lideri Rəcəb Tayyib Ərdoğan Türkiyəmizin 1-ci prezidenti olaraq, tarix yazdı. Millət öz Cümhuruna da, Prezidentinə də sahib çıxdı.

Təbrikler, Rəis! Dayanmaq yox, yola davam… Təbrikimi qısa yazıram, çünki 2023 ve 2017 hədəflərimizə hazırlaşmağımız lazımdır. Dayanmaq olmaz!

Sizin lideri, bizimsə nəfəri olduğumuz və bərabər irəlilədiyimiz bu qutlu yola davam! Bu seçkinin qalibi sadəcə, Türkiyə yox, həm də Arakandır, Qəzzadır, Somalidir, Hələbdir, Qarabağdır.
Bu seçkinin bütün Türk-İslam dünyasına xeyirli olmasını arzulayıram!”
Oxşar xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət