Bu adda da deputatımız var imiş... - sən demə... » Bizimhedef.info
» » Bu adda da deputatımız var imiş... - sən demə...

Bu adda da deputatımız var imiş... - sən demə...

  • 22-12-2016, 12:08
  • merkez
  • 342
Bu adda da deputatımız var imiş... - sən demə...






















Sabirabad deputatdan yarımadı: Elçin Quliyevin başı nəyə qarışıb?63 saylı Sabirabad I seçki dairəsinin deputatı 5 illik “məzuniyyətə” çıxıb

Quliyev Elçin Bəybala oğlu parlamentdə fəaliyyətinə başlar-başlamaz son qoyub.

Seçicilər deputatın başının bərk qarışıq olduğunu və millət vəkili kimi fəaliyyət göstərməyə vaxtı olmadığını qeyd edirlər.

Onların sözlərinə görə, Sabirabad deputat sarıdan yarımayıb. Rüstəm Xəlilov kimi Elçin Quliyev də öz işi ilə məşğuldur. Onun Milli Məclisdə çıxış etdiyi yada salmaq mümkün deyil.

Bunun səbəbi odur ki, E.Quliyev çıxış etməyib. Son iqtisadi proseslərdə bir millət vəkili kimi rəy bildirmək də ona maraqlı olmayıb.

Elçin Quliyev Melorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyevin qardaşıdır. Elçin Quliyevin digər bir qardaşı Namiq Quliyev «Kapitalbank»ın Şirvan şəhər filialının rəhbəridir.

Uzun müddət Sabirabad rayonunda «SənayeBank»ın rəhbəri vəzifəsində işləyən və son 5 ilə qədər işsiz qalan Namiq Quliyevi təbii ki, qardaşının hesabına banka rəhbər təyin ediblər. Əslində, Şirvan və Sabirabad rayonlarındakı «Kapitalbank»lar Zakir Quliyev tərəfindən idarə olunur.

Elçin Quliyevin xalası oğlu Zamin Sabirabad rayon sığorta idarəsinin rəisi, dayıları Fazil Qasımov pambıq zavodunun müdiri, Murtuza Qasımov Cavad kənd bələdiyyəsinin sədri, Şamil Qasımovun oğlu Sabirabad rayon polis idarəsində pasport qeydiyyatı idarəsinin rəisi vəzifəsində işləyir.

Editor.az politika.az-a istinadən xatırladır ki, E.Quliyevin seçki kampaniyası da qalmaqalla başlamışdı. Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin müdiri Elman Nuriyev Sabirabad birinci seçki dairəsini əhatə edən ərazilərdə yşayan sakinlərin arasında onbaşı, yüz başı sistemini qurmaqla məşğul idi.

Elman Nuriyev dayısı oğlu Elçin Quliyevin seçkidəki bütün xərclərini öz üzərinə götürmüşdü. Bu işdə ona əsasən Meliorasiya və Su Təəsrrüfatı ASC-nin Sabirabad rayonundakı idarə müdirləri kömək edirdilər.

Rayonda əhalinin pullarını talan edən, əkin sahələrini onminlərlə baş heyvanlarının otlaq sahələrinə çevirən, bütün qohumlarını vəzifəyə yerləşdirən Quliyevlər ailəsinin deputatı seçicilərini saymır.

Qarşı tərəfi dinləməyə hazırıq.
Oxşar xəbərlər
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət