» » Xəzər İnşaat XXI əsr”dən RÜSVAYÇI REKLAM

Xəzər İnşaat XXI əsr”dən RÜSVAYÇI REKLAM

  • 20-10-2016, 15:01
  • merkez
  • 253
Xəzər İnşaat XXI əsr”dən RÜSVAYÇI REKLAM















"Xəzər İnşaat XXI əsr" MMC biabırçı reklamla efirə çıxıb

Tikinti firmasının video çarxı sosial şəbəkələrdə gülüşlə qarşılanıb.

ATV telekanalında yayımlanan reklamda guya mənzillərin ucuz başa gəldiyi barədə dialoq nümayiş etdirilir.

Olduqca bayağı və şit bir reklamda qohumlar evə qonaq gəlir. Sonra ev yiyəsindən soruşurlar ki, gözəl mənzildir, yəqin ki baha qiymətə almısınız.
Evin xanımı da sevincək şəkildə dişlərini ağardıb, gülərək “niyə ki? çox pulumuz çıxmadı, evimizi 20 illik kreditə götürmüşük”.

Belə bir reklam ideyasının müəllifi kimdirsə ona heykəl qoymaq lazımdır, “Oskar” mükafatı verilməlidir. Kimə 20 illik kreditlə mənzil aldığını söyləsən adama yazığı gələr, heç olmasa krediti vaxtında ödəyə bildiyini adamdan soruşar. "Xəzər İnşaat XXI əsr" MMC rəhbərliyi və reklam ssenarisinin müəllifləri isə 20 illik evin çox ucuz qiymətə gəldiyini iddia edir.(politika)Bu da azmış kimi, reklamda deyilir ki binalar çox uzaqda deyil, Yeni Günəşlidə yerləşir. Bu da daha böyük biabırçılıqdır. Yeni Günəşli nə zamandan şəhərin mərkəzinə yaxın massiv hesab olunur? Beləliklə, tikinti firması bir reklamla özünü rüsvay edib.

Xatırladaq ki, tikinti şirkətində çalışan şəxslərin paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşıllıqlara divan tutması haqda xəbər verilmişdi.
Bildirilmişdi ki, şirkətin bir qrup işçisi "D" massivi 16-cı binanın yaxınlığındakı onlarla ağacı qaz xəttinin çəkilməsi məqsədilə heç bir rəsmi icazə olmadan kəsib.
Oxşar xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət