» » Qarabağ müharibəsi əlilinin ailəsi "UniBank"ın əlində qalıb... - ŞİKAYƏT VAR

Qarabağ müharibəsi əlilinin ailəsi "UniBank"ın əlində qalıb... - ŞİKAYƏT VAR

  • 11-08-2016, 11:20
  • merkez
  • 250
Qarabağ müharibəsi əlilinin ailəsi "UniBank"ın əlində qalıb... - ŞİKAYƏT VAR

















Imişli şəhəri Nəriman Nərimanov küçəsi ev-98 ünvanında yaşayan və redaksiyamızın elektron poçtuna şikayət məktubu ünvanlayan İsmayılova Zeynəb Əsədulla qızı, “Unibank”ın İmişli filialının rəhbərini ittiham edir. Eyni zamanda o, ölkə rəhbəri cənab İlham Əliyevdən, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevadan və Milli Bankın prezidenti cənab Elman Rüstəmovdan üz- üzə qaldıqları problemin həllinə köməklik göstərmələrini də xahiş edir.

DİA.AZ-ın məlumatına görə, o, yazmış olduğu məktubunda bildirir ki, “mənim həyat yoldaşım Hafiz Bəhmən oğlu İsmayılov ordumuzun zabiti olmuş, hal-hazırda Qarabağ müharibəsi əlilidir və başında, ayağında hələ də qəlpə yarası var. Biz “Unibank”ın İmişli filialından 21 fevral 2015-ci il tarixdə 604 manat (AZN-lə) kreditə pul götürdük və vaxtında da krediti ödədik. Kredit götürən zaman devalvasiya yox idi. Bank tərəfi bildirdi ki, krediti manatla veririk, manatla da ödəyərsiniz. Hətta, bununla bağlı bizə rəsmi sənəd verdlər və surətini sizə də göndəririk. Bütün bunlara baxmayaraq, üç gün bundan əvvəldən başlayaraq “Unibank” İmişli şöbəsindən hər gün zəng edib bildirirlər ki, “sizə krediti dollarla vermişik, dollarla da ödəməlisiniz”. Belə olan halda həyat yoldaşım Qarabağ müharibəsi əlili olan Hafiz İsmayılovla birlikdə banka getdik. Düşündük ki, həyat yoldaşım Qarabağ müharibəsi əlilidir, bəlkə onun əlilliyinə hörmət etdilər. Amma, həmin vaxt bildirdilər ki, Hafizi döyüşə biz göndərməmişik. Hələ bu azmış kimi, filialın müdür isə, hədə ilə dedi ki, “biz sizə kredit yox, sələm vermişik, dollarla yeni 600 manat da ödəməlisiniz” dedi. O halda bildirdim ki, ölkə rəhbəri cənab İlham Əliyev övladı vətən yolunda şəhid olan ailələrin kredit borclarının silinməsi ilə bağlı göstəriş verdi. Dərhal müdir bildirdi ki, “Hafiz də şəhid olaydı, o halda onun da borcu silinəydi” dedi. Yenə də həyat yoldaşım bildirdi ki, axı “manatla götürülən kredit pulların manatla ödəniş edilməsi haqda qərar var” desə də, filialın müdiri bir daha vurğuladı ki, “o qərar bizim üçün deyil, get kimə istəyirsən şikayətini et”-dedi".

Dia.az bildirir ki, daha sonra müraciətdə deyilir: "Odur ki, yazıb Sizdən xahiş edirik ki, bu cür məmur özbaşınalığına son qoyulması və “Unibank”ın İmişli filialı əməkdaşlarının bizim ailəni, Qarabağ müharibəsi əlilini bir daha narahat etməməsi üçün, aidiyyəti qurumlara müvafiq tapşırıqlarınızı verəsiniz".

Qarşı tərəfi də dinləməyə hazırıq...
Oxşar xəbərlər
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Mədəniyyət