» » Afaq Bəşirqızının Rasim Balayevin sərt sözlərinə münasibəti: “Yeni doğulmuş uşaq…”

Afaq Bəşirqızının Rasim Balayevin sərt sözlərinə münasibəti: “Yeni doğulmuş uşaq…”

Afaq Bəşirqızının Rasim Balayevin sərt sözlərinə münasibəti: “Yeni doğulmuş uşaq…”














Xalq artisti Afaq Bəşirqızı komediya filmlərini bəyənmədiyini deyən həmkarı Rasim Balayevin fikirlərinə münasibət bildirib.

Publika xəbər verir ki, aktrisa Azərbaycan kinosunu yeni doğulmuş uşaq adlandırıb:

“Kino sahəsində çalışan hər kəs Azərbaycan Kinostudiyasının hazırda hansı vəziyyətdə olduğunu gözəl bilir. Odur ki, əsas mənbəni nəzərə almaq lazımdır. Keyfiyyətli filmlər harada və necə çəkilsin?

Kommersiya filmləri haqqında ümumi ictimai rəy kimi danışmaq mənim üçün çətin məsələdir. Hər halda o, kino sahəsini məndən qat-qat yaxşı bilir. Çünki Rasim bəy sırf kino aktyorudur. Yəqin ki, onun bu fikri bildirməkdə bir əsası var”.

Xatırladaq ki, Xalq artisti Rasim Balayev Azərbaycan kinosunun son vəziyyəti ilə əlaqədar olaraq bunları demişdi:

“Bütün sahələrdə, o cümlədən “Bozbash Pictures” tamaşaçıların zövqünü korlayır. Bu gün tamaşaçı ciddi şeylərə baxmaq istəmir. Söyüş, küçə sözləri ilə komediya yaradırlar. Komediya insanı düşündürməlidir. Kim komediyaları baxıb düşünür, örnək götürür? Boş gülüşlərdir. Nə iş, nə yaxşı rejissor, nə film çəkən, nə də yazan var”.
Oxşar xəbərlər
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Mədəniyyət