» » Dünya əhalisinin sayı açıqlandı — Artım var

Dünya əhalisinin sayı açıqlandı — Artım var

Dünya əhalisinin sayı açıqlandı — Artım var














Almaniyanın “Yer əhalisi” fondu hazırda dünyada 7 milyard 635 milyon insanın yaşadığını açıqlayıb.
“Ötən il ərzində dünya əhalisinin sayı 83 milyon nəfər artıb. Bununla yanaşı, hər 10 saniyədə dünyada 26 uşaq dünyaya gəlib.

Ekspertlər qeyd ediblər ki, artım xüsusilə Afrikada nəzərə çarpır. 2050-ci ildə qara qitə əhalisinin sayı 1.3 milyard nəfərdən 2.5 milyard nəfərə çatacaq. Artımın əsas səbəblərindən biri arzulanmayan hamiləlikdir.
“EC Eurostat”ın məlumatlarına əsasən, 2018-ci ilin 1 yanvar tarixində Avropa İttifaqında əhali sayı 512.6 milyon nəfər olub. Avropa İttifaqında ən çox əhali Almaniyada yaşayır-82.9 milyon nəfər. Sonra isə 67.2 milyon nəfər əhalisi olan Fransa, 66.2 milyon nəfər əhalisi olan Böyük Britaniya gəlir.

Ekspertlər qeyd ediblər ki, dünyada ən çox əhali Tokioda yaşayır-37 milyon nəfər. Hindistanın paytaxtı Nyu-Delidə də 29 milyon, Şanxayda isə 26 milyon nəfər yaşayır.
Oxşar xəbərlər
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

Mədəniyyət