» » Ət buna görə bahalaşıb - EKSPERT

Ət buna görə bahalaşıb - EKSPERT

Ət buna görə bahalaşıb - EKSPERT















“Qərara gəldim ki, “pambıq mifini” də dağıdım, bəlkə bu yazı qərarverənlərə də kömək oldu. Görünən odur ki, bu sahəni də araşdırmadan qərarlar verilir”.

Cebhe.info xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərli belə deyib. O qeyd edib ki, 2005-ci ildə ölkədə 112441 hektarda pampıq əkilmişdi, həmin il 200 min tona yaxın pampıq yığılmışdı. Bu göstəricinin Azərbaycan iqtisadiyyatında ciddi rolu olmadı:

“Sonradan neft pulları gəldi, pampıq yaddan çıxdı, 2015-ci ildə cəmi 18684 hektar sahədə pambıq əkildi. Keçən ildən başlayaraq yenə pambıq əkini sahələri artırılır və 2017-ci ildə 200 min ton pambıq yığılması hədəf kimi qarşıya qoyulub. Yəni, biz pambıqçılıqda ən yaxşı halda yenidən 2005-ci ilə qayıdacağıq. Amma bu günə qədər hökumət bir araşdırma aparıbmı ki, 10 ildə pambıq əkini sahəsi niyə 6 dəfə azalıb?! Əgər bu orqanik böyüyən və orqanik gəlirliyi olan sahə, yəni sərfəli olsaydı, niyə insanlar 10 ildə əkin sahəsini 6 dəfə azaltdılar?”

Məhsuldarlıq məsələsinə gəlincə, ekspert deyib ki, 2015-ci ildə ölkə üzrə hər hektardan ortalama 18,8 sentner pampıq yığılıb. Ən pis göstərici Zərdab rayonunda – hektardan cəmi 1 sentner olub:

“Ən yaxşı göstərici isə Bərdə rayonunda olub – hektardan 28 sentner pampıq yığılıb. Müşavirə olan Saatlı rayonunda məhsuldarlıq hər hektardan cəmi 15 sentner olub. Arayış üçün deyim ki, məhsuldarlıq hər hektardan Özbəkistanda 29 sentner, Qazaxstanda 31 sentner, ABŞ-da 43-45 sentnerdir. Hesablamalara görə, ortalama məhsuldarlıq hər hektardan 25 sentner olanda pampıq əkib-becərmək üçün xərclər ödənilir, 25 sentnerdən artıq məhsuldarlıq olanda isə bu sahə ilə məşğul olmaq sərfəli olur. Pambıq qiymətlərinə gəldikdə isə dünya bazarlarında 5 növ pambıq satılır, ən baha əla növ pambıqdır ki, əsasən Misir, ABŞ, Hindistan və Çində bu növ pambıq istehsalı olur. Dünya pambıq bazarının 7%-ni təşkil edən Özbəkistan 3,2 mln. ton pambıq tədarük edir ki, bunun cəmi 5-8%-i əla növ kimi satışa çıxarılır. Əla növ pambığın tonu 1500 dollar civarındadır, 1-ci növ 1300 dollar, 2-ci növ 1100 dollar, 3-cü növ 900, 4-cü növ isə 800 dollardır. Bizim pambıq 3-cü və 4-cü növ kateqoriyasına aiddir. Deməli, pambıqçılıqda əsas hədəf əkin sahəsini genişləndirmək deyil, bizdə bu yolu tutdular, otlaq və yem sahələrində pambıq əkdilər - ətin qiyməti qalxdı. Əsas məsələ məhsuldarlıq və keyfiyyətdir! Yəni, biz pambıqdan gəlir götürmək istəyiriksə, hər hektardan, azı, 30 sentner pambıq yığmalıyıq ki, bunun da heç olmasa, 10%-i əla növ, 50%-i 1-ci növ, qalanı isə 2-ci, 3-cü və 4-cü növ olsun. Məhz o zaman bu sahənin ölkəmizə xeyri dəyə, qazanc gətirə bilər. İndiki yanaşma və idarəetmə üsulu ilə pambıqçılıq xeyir verməyəcək, əksinə, texnika, gübrə alımı ölkədən valyuta çıxarılmasına səbəb olacaq, insanlara əziyyət və xəstəliklərdən başqa bir xeyri dəyməyəcək”.
Oxşar xəbərlər
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Mədəniyyət