» » Sahibkarlara şad xəbər: vergi amnistiyası ilə bağlı qanun qəbul olundu

Sahibkarlara şad xəbər: vergi amnistiyası ilə bağlı qanun qəbul olundu

Sahibkarlara şad xəbər: vergi amnistiyası ilə bağlı qanun qəbul olundu



















Milli Məclisin hazırda davam edən plenar iclasında “Vergi borclarının tənzimlənməsi ilə bağlı hazırlanan qanun” layihəsi müzakirəsiz qəbul olunub.

bizimhedef.info usavat.com-a istinadən bildirir ki, qanun layihəsi barədə məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bu qanunun qəbul ilə 2017-ci ildə 45 minə yaxın vergi ödəyicisinin faiz və maliyyə sanksiyasına görə 624 milyon manata yaxın borcu silinəcək. Onun sözlərinə görə, qanun layihəsi sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılmasına hesablanıb. Vergi ödəyicilərinin vergilərinin Vergilər Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci il yanvarın 1-i tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqlərində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinəcək. Digər maliyyə sanksiyaları üzrə yaranmış vergi borclarının silinməsi aşağıdakı qaydada həyata keçirilir: - vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30%-i ödənildikdə - maliyyə sanksiyalarının ödənilməmiş 70%-i müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinəcək; - vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50%-i ödənildikdə - maliyyə sanksiyalarının ödənilməmiş 50%-i silinəcək.

Vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-mart ayları ərzində həmin maliyyə sanksiyalarının 70%-i ödənildikdə - maliyyə sanksiylarının ödənilməmiş 30%-i silinəcək. Bu qanun borcların məcburi ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2017-ci il yanvarın 1-nə mövcud olan ödənilməmiş hissələrinə də şamil edilir.

Təqdimatdan sonra söz alan deputat Siyavuş Novruzov söz alaraq təkzib edib ki, layihə müzakirəsiz qəbul olunsun: “Bayramlar ərəfəsində cənab prezident sahibkarlara böyük bir güzəşt edib. Bunu müzakirə etməyə nə ehtiyac var?”

Spiker Oqtay Əsədov da onun fikirlərini dəstəkləyib və deyib ki, 624 milyon manata yaxın borcun silinməsinə gətirib çıxaracaq layihənin müzakirəyə ehtiyacı yoxdur.
Bundan sonra qanun layihəsi yekdilliklə qəbul olunub.
Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət