» » “Nar”eşitmə məhdudiyyətli insanların peşəyə yiyələnməsinə dəstək olur”

“Nar”eşitmə məhdudiyyətli insanların peşəyə yiyələnməsinə dəstək olur”

“Nar”eşitmə məhdudiyyətli insanların peşəyə yiyələnməsinə dəstək olur”













"Nar"ın dəstəyi ilə eşitmə məhdudiyyətli insanların müxtəlif ixtisaslara yiyələnməsi və onların işlə təmin olunması məqsədilə keçirilən "Təlim məktəbi" layihəsi davam edir.

Layihənin 1-ci mərhələsi başa çatıb. 15 nəfərdən ibarət qrup şirniyyat ustası peşəsinin incəliklərini öyrəniblər. "Nar"ın "Karlara Dəstək" İctimai Birliyi ilə birgə reallaşdırdığı layihə 3 mərhələdən ibarətdir. Layihə çərçivəsində üç qrupdan ibarət olan vətəndaşlar 3 aylıq peşə kurslarında təlim keçəcəklər. Qarşıdakı 2 aylıq peşə kurslarında isə iştirakçılar aşpaz və motorçu ixtisaslarına yiyələnəcəklər.

"Təlim məktəbi" layihəsi eşitmə məhdudiyyətli insanların təhsil almasından sonra işlə təmin olunmasına da yardım edəcək. Layihə təcrübəli mütəxəssislər tərəfindən aparılacaq.

Qeyd edək ki, "Nar" tərəfindən təşkil edilən "Təlim məktəbi" layihəsi eşitmə məhdudiyyəti olan insanların yeni bacarıqlar əldə etməklə cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə keçirilir. Layihə, eyni zamanda, eşitmə məhdudiyyətli insanların həm psixoloji, həm də qanunvericilik sahəsində qarşılaşdıqları çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək. Peşə təlimi ilkin olaraq Bakıda başlayıb. Gələcəkdə bölgələrdə də "Təlim məktəbi" layihəsinin davam etdirilməsi planlaşdırılır.

"Nar" 4 ilə yaxındır ki, eşitmə məhdudiyyətli insanlar üçün bu cür təlimlər təşkil etməklə, onların müxtəlif peşəyə yiyələnməsinə və iş bacarıqlarının artmasına töhfə verir. Fiziki məhdudiyyətli insanlara dəstək və onların cəmiyyətə inteqrasiya edilməsi "Nar"ın korporativ sosial məsuliyyət (KSM) strategiyasının əsas istiqamətlərindən biridir.
Oxşar xəbərlər
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Mədəniyyət