» » TƏCİLİ: Benzin, araq və siqaretə vergi tətbiq olunur - Bahalaşma olacaq?

TƏCİLİ: Benzin, araq və siqaretə vergi tətbiq olunur - Bahalaşma olacaq?

TƏCİLİ: Benzin, araq və siqaretə vergi tətbiq olunur - Bahalaşma olacaq?















Azərbaycanda benzin, dizel yanacağı, maye qaz, energetik içkilər (alkoqollu və alkoqolsuz) və elektron siqaret üçün maye, tütün məmulatları və alkoqollu içkilərə faktiki yeni vergi tətbiq olunur

Bakupost-un məlumatına görə, bu, Milli Məclisə təqdim olunan və sabah plenar iclasda müzakirəyə çıxarılacaq "Tibbi sığorta haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, Azərbaycan ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzinin, dizel yanacağının və maye qazın hər litrinə görə 2 qəpik, energetik içkilərə (alkoqollu və alkoqolsuz) və elektron siqaret üçün mayeyə aksiz markasının verilməsinə görə - verilən hər bir aksiz markasına görə 10 qəpik, tütün məmulatlarına aksiz markasının verilməsinə görə verilən hər bir aksiz markasına görə 5 qəpik, alkoqollu içkilərə aksiz markasının verilməsinə görə verilən hər bir aksiz markasına görə 10 qəpik icbari tibbi sığorta üzrə sığorta haqları qismində alınacaq.

Bu qanunun 2020-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.

Qeyd edək ki, bu məhsullar ekologiyaya, insan sağlamlığına mənfi təsir göstərdiyi üçün faktiki belə vergiyə cəlb olunduğu ehtimal edilir. Bu vəsaitin İcbari Tibbi Sığorta agentliyinin hesabına köçürüləcək.
Oxşar xəbərlər
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Mədəniyyət