» » Nar” abunəçilərinə hədiyyə vəd edir - Bayraq Günü ilə əlaqədar

Nar” abunəçilərinə hədiyyə vəd edir - Bayraq Günü ilə əlaqədar

Nar” abunəçilərinə hədiyyə vəd edir - Bayraq Günü ilə əlaqədar














Hər zaman milli dəyərlərə diqqəti ilə seçilən “Nar” Dövlət Bayrağımızın yaranmasının 100-cü ildönümü ilə əlaqədar olaraq, sosial mediada müsabiqə elan edir. Müsabiqədə iştirak edən bütün abunəçilərə mobil operator tərəfindən şəbəkədaxili 100 dəqiqə hədiyyə ediləcək. İştirak etmək üçün istifadəçilər “Nar”ın “Facebook” və “Instagram” səhifələrində #bayrağım və #ilovenar həştəgi ilə şəkil paylaşmalıdır. Şəkil hamı üçün açıq olmalıdır.

Müsabiqə noyabrın 8-i saat 17:00-da başlayıb və noyabrın 11-i saat 18:00-da yekunlaşacaq. Nəticələr noyabrın 12-də elan ediləcək. Qazanılan bonuslar “Nar” nömrələrinə 12-15 noyabr tarixlərində yüklənəcək. Bonuslar nömrəyə yüklənən andan etibarən bir həftə ərzində aktiv olacaq.

Əlavə olaraq, müsabiqədə iştirak edənlər arasında təsadüfi seçim nəticəsində 20 nəfərə “Nar” tərəfindən Bayraq Günü üçün hazırlanmış xüsusi hədiyyə də veriləcək.

“Nar” kampaniyaları, məhsul, xidmət və tarifləri haqqında məlumatı “nar.az” internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 2007-ci il martın 21-də fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93 faizini əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Mədəniyyət