» » Naxçıvan bu ölkələrə məhsul ixrac edir — SİYAHI

Naxçıvan bu ölkələrə məhsul ixrac edir — SİYAHI

Naxçıvan bu ölkələrə məhsul ixrac edir — SİYAHI















2018-ci ilin ötən dövrü ərzində Naxçıvan Muxtar Respublikasında 344 milyon 334 min 800 Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınıb.
Bunun da 306 milyon 639 min 400 ABŞ dollarını ixrac, 37 milyon 695 min 400 ABŞ dollarını isə idxal təşkil edib. Xarici ticarət üzrə 268 milyon 944 min ABŞ dolları həcmində müsbət saldo yaranıb. Bu gün doğma diyarımızda rəqabətqabiliyyətli, alıcı zövqünü oxşayan məhsullar istehsal edilir. Hazırda Naxçıvanda 350 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.
Muxtar respublikanın iqtisadi inkişafında ilk mərhələ keyfiyyətli məhsul istehsal etməklə əhalinin tələbatını ödəməkdən ibarət idisə, bu gün həmin məhsulların rəqabət qabiliyyətini artırmaqla ixracına nail olmaq prioritet vəzifə kimi qarşıya qoyulub. Bu məqsədlə cari ilin ötən dövrü ərzində Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya, İraq, İran, Gürcüstan, Küveyt, Çin və Qırğızıstan kimi ölkələrə muxtar respublikadan müxtəlif məhsullar ixrac edilib.
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Mədəniyyət