» » Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı














CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 79,62 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamı gününə olan göstəricidən 1,18 dollar dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyulun 4-də 78,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,17 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyulun 4-də 75,62 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,08 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 4-də 77,07 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,16 dollar/barel çoxdur.
Oxşar xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət