» » Azərbaycanda istehsal olunan avtomobillər satışa çıxarılır - TARİX

Azərbaycanda istehsal olunan avtomobillər satışa çıxarılır - TARİX

Azərbaycanda istehsal olunan avtomobillər satışa çıxarılır - TARİX














Neftçala sənaye məhəlləsindəki Azərbaycan-İran birgə zavodunda istehsal olunan "Khazar” avtomobillərinin alışı üçün artıq 40 sifariş daxil olub.

Trend xəbər verir ki, bunu zavodun sahiblərindən biri olan "AzərMaş” şirkətinin İdarə heyətinin sədri Emin Axundov deyib.

O bildirib ki, ilk sifarişçilər dövlət strukturları – İqtisadiyyat, Energetika və Vergilər nazirlikləri olub. Bu günədək zavodda 100-ə yaxın avtomobil istehsal olunub.

E.Axundovun sözlərinə görə, avtomobillərin satışı gələn həftənin əvvəlində başlayacaq. İlk mərhələdə "Khazar SD” və "Khazar LD” modelləri satışa çıxarılacaq. Satışlar Bakıda 3 satış mərkəzində həyata keçiriləcək.

"Khazar SD”-nin satış qiyməti 16 min manat, "Khazar LD”-nin satış qiyməti 18 min manat təşkil edəcək.

O əlavə edib ki, avtomobilləri 20 faiz ilkin ödənişlə lizinqə və ya 50 faiz ilkin ödənişlə kreditə almaq olar. Aylıq ödəmə 18 faiz təşkil edəcək.

Zavodda istehsal olunan bütün avtomobillər Avro-5 standartına cavab verir.
Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət