» » Hafiz Miriyev yığdıqlarını Elman Mehdiyevə göndərir?

Hafiz Miriyev yığdıqlarını Elman Mehdiyevə göndərir?

Hafiz Miriyev yığdıqlarını Elman Mehdiyevə göndərir?


DSMF-nin Saatlı rayon şöbəsinin müdiri vətəndaşları çətin duruma salıb Bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyinə verilən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) bəzi yerli şöbələrində qanun mexanizmi qeyri-işlək vəziyyətdədir. Bu haqda ayrı-ayrı media qurumlarında dəfələrlə məlumat verilib. Dərin təəssüf hissi ilə vurğulamaq istəyirik ki, DSMF sistemində mövcud olan problemlərlə bağlı işıqlandırılan problemlərin əksəriyyəti həll olunmamış qalır. Daha dəqiq desək fond sədri Elman Mehdiyev rəhbəri olduğu qurumun yerli şöbələrindəki özbaşınalıqlar haqqında mətbuatda yayılan məlumatlara əhəmiyyət belə vermir. Gundelik-baku.com-a daxil olan məlumatlara görə, Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsində də vəziyyət kritik həddə çatıb. Belə ki, şöbə müdiri Hafiz Miriyevin işindəki nöqsanlar rayon camaatını boğaza yığıb. Məlumatlı mənbə vurğulayır ki, şöbə müdiri burda elə vəziyyət yaradıb ki, artıq pensiya almaq istəyən vətəndaşlar nəyi necə etməli olduqlarını bilirlər: «Şöbə müdiri bütün qanunsuz əməllərini təkbaşına yox, gəlirlər sektorunun müdiri Səfər Rəhimovla birlikdə həyata keçirir. Adı çəkilən məmurlar Saatlıda pensiya almaq istəyənlərin qarşısına öz «şərt»lərini qoyurlar. Bu «şərt»ləri qəbul edən şəxslər vaxtından əvvəl və ya qanunsuz yolla pensiya alırlar. Deyilənə görə, Səfər Rəhimov saxta pensiya düzəltmək və ya bu yolla məbləğin artırılması sahəsində əsas aparıcı fiqur olaraq tanınır. O pensiya düzəltmək istəyənlərə açıq şəkildə deyir ki, gətir filan qədər ver. Qanunla uzun müddət işləyən vətəndaşların bir qismi yaşa görə yox, işinin ağırlığına görə daha tez pensiyaya çıxmaq hüququna malikdir. Lakin həmin şəxslərin əksəriyyəti qanunları yaxşı bilmədiklərindən müraciət edikləri vaxt müdir və müavini tərəfindən maraqlı təklif alırlar. Hafiz Miriyevlə Səfər Rəhimov ona təklif edirlər ki, sənədlərə bəzi «əlavə» və «düzəliş»lər edərək, onu «işlədiyi dövrdə» pensiyaya çıxarırlar. Yəni vətəndaş iki ayda 3 il geriyə pensiya almağa başlayır və ayrılmış pul 3 il üçün hesablanaraq onun hesabına köçürülür. Əvəzində isə həmin vətəndaşın hesabına köçürülmüş pulun 70 faizini istəyirlər. Bu prosesdən heç nə itirməyən vətəndaş isə təklifə gözüyumulu razılaşır». Mənbə bildirir ki, Hafiz Miriyev həmçinin müxtəlif şirkətlərin, müəssisə və idarələrin rəhbərləri ilə sövdələşərək rəsmi sənədlərdə həmin qurumlarda işləyən fəhlələrin sayını az göstərir: «Bu azaltma təşkilat rəhbərlərini bir çox büdcə ödənişləri, o cümlədən sosial müdafiə fonduna olan ödənişlər üzrə xərclərin böyük bir hissəsindən azad edir. Deməli, Hafiz Miriyev dövlətin cibinə girir. Heç bir əsas olmadan ödənişlərin tətbiq edilməsi, cərimə və sanksiyaların tətbiq olunması Miriyevin əsas iş metodudur. Miriyevin tamahı ucbatından vətəndaşlar qanuni pensiyalarını ala bilmirlər. DSMF-nin Saatlı rayon şöbəsində hər məsələ qiymətli kağızla həll olunur. Şöbə müdiri birbaşa büdcə vəsaitlərini mənimsəməkdə də peşəkardır. Xeyli müddətdir bu yolla işləyən şöbə müdiri Saatlıda ən imkanlı şəxslərdən birinə çevrilib. Belə ki, onun rayonda 70 hektardan artıq torpaq sahəsi, ticarət obyektləri var». Bir məsələni də xüsusi olaraq vurğulamaq istəyirik. Deyilənə görə, Hafiz Miriyev qeyri-rəsmi ödənişləri fond sədri Elman Mehdiyevin göstərişi əsasında yığdığını bildirir. Görəsən, bu doğrudurmu?.. Qarşı tərəfi də dinləməyə hazırıq. Gundelik-baku.com

bizimhedef.info
Oxşar xəbərlər
«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

Mədəniyyət