Merkel fələstinli qızı belə ağlatdı - VİDEO

Merkel fələstinli qızı belə ağlatdı - VİDEO




















“Siyasət bəzən çox çətin olur”

Məktəblərin birinə səfər zamanı Angela Merkel gənc fələstinli qıza onun həmvətənlərinin hansı səbəbdən Almaniyadan deportasiya edildiklərini başa salıb.

Bizimhedef.info xəbər verir ki, bu bardə video YouTube portalında yerləşdirilib.

Almaniya kansleri ölkənin şimalında Rostok şəhərində yerləşən məktəbə baş çəkib, şagird və müəllimlərlə söhbət eləyib. Gənc qızın miqrantların çətin yaşaması barədə sualına cavab verən Merkel deyib:

“Siyasət bəzən çox çətin olur. Əlbəttə özün özlüyündə sən yaxşı insan ola bilərsən. Lakin sən bilirsən ki Livanda fələstinli qaçqınların düşərgəsində minlərlə insan yaşayır. Əgər biz onlara desək ki: “Hamınız bura gəlin”, əgər Afrikada olan bütün qaçqınlara gələ bilərsiniz desək bununla bacara bilmərik. Yeganə bir onu söz verə bilərik ki — onların ərizələrinə tez bir zamanda baxılacaq. Lakin bir çoxları geri qayıtmağa məcbur olacaq.”

Bundan sonra fələstinli miqrantın Rim adlı qızı ağlamağa başlayıb. Məllum olub ki, onun atasının Almaniyada yaşamaq üçün müvəqqəti icazəsi var.

Fələstinli qızın ağladığını görən Merkel onun yanına gedərək, “Sən yaxşı bir iş bacardın” sözləri ilə onu təsəlli etməyə çalışıb.

Proqramın aparıcısı isə, “Xanım kansler bu, yaxşı bacarmaqla əlaqədar bir hal deyil. Bu ağır bir vəziyyətdir” – deyib.

Merkel isə aparıcıya kəskin şəkildə, “Mən bunun ağır bir vəziyyət olduğunu bilirəm.” – deyib.

Anqela Merkel daha sonra fələstinli qıza, “Səni bir daha oxşamaq istəyirəm. Çünki biz sizi bu vəziyyətə salmaq istəmirdik. Çox ağır vəziyyətdə olduğunu və çox sayda insanın hansı vəziyyətlə qarşı-qarşıya olduğunu gözəl başa saldın.” - deyib.