Türkiyədə 5 İŞİD-çi həbs edildi: 3-ü azərbaycanlıdır

Türkiyədə 5 İŞİD-çi həbs edildi: 3-ü azərbaycanlıdır

















Türkiyədə üzərində çoxlu sayda partlayıcı maddə və "canlı bomba”lara məxsus gödəkçələr olan azərbaycanlı terrorçular saxlanılıb.

Türkiyə mətbuatı xəbər verir ki, 5 İŞİD-çi Suriya sərhədində yaxalanıb.

Maraqlıdır ki, bu 5 nəfərdən 3-ü azərbaycanlıdır. 29 yaşlı Sərxan Əliyev, 37 yaşlı Gülnur Şirməmmədova, 42 yaşlı Nazənin Zeynalova adlı şəxslər məhkəmə qərarı ilə həbs ediliblər.