ABŞ azərbaycanlıdan Türkiyəyə qarşı dəyənək hazırlayır » Bizimhedef.info
» » ABŞ azərbaycanlıdan Türkiyəyə qarşı dəyənək hazırlayır

ABŞ azərbaycanlıdan Türkiyəyə qarşı dəyənək hazırlayır

  • 18-11-2017, 12:56
  • hadise
  • 143
ABŞ azərbaycanlıdan Türkiyəyə qarşı dəyənək hazırlayır















Rza Zərrab davası Türkiyəyə qarşı dəyənək kimi istifadə ediləcək.

Axar.az xəbər verir ki, bunu “Sözcü” qəzetinə açıqlamasında Türkiyənin Cümhuriyyət Xalq Partiyasının sədr müavini Ərdal Aksüngər söyləyib.

“Zərrab itməyib. O, sadəcə olaraq, ABŞ hökumətinə etiraf edərək, şahidlərin qorunması proqramı çərçivəsində müdafiə altına alına bilər. Vəkillərinin Zərrab ilə görüşməməsi və harada olduğunu bilməmələri mümkün deyil. Əgər vəkilləri ilə Zərrab görüşmürsə, o zaman bunu biznesmenin özü istəmir. 27 noyabrda başlayacaq məhkəmə prosesində biz Zərrabı şahid olaraq görə bilərik. Mətbuatda onun ABŞ hökuməti ilə razılaşdığı kimi bir görüntü yaradılır. Bunun həqiqət olma ehtimalı isə 90%-dir. 2 ildir davam edən davada Rzaya göstərilən diqqət “Xalq Bank” və Hakan Atillaya göstərilmir. Burada Türkiyəni məhkum etmək istəyirlər. FETÖ bu davadan manipulyasiya kimi istifadə edir. Bu dava Türkiyəyə qarşı dəyənək kimi istifadə edilə bilər”, – deyə o bildirib.

Qeyd edək ki, əslən azərbaycanlı olan iş adamı Rza Zərrab keçən ilin martında ABŞ-ın Mayami şəhərində həbs olunub. Ona qarşı bank fırıldaqçılığı, çirkli pulların yuyulması, İrana qarşı embarqonu dəlmək ittihamı ilə həbs olunub. Məhkəmə onun 75 il müddətinə həbs edilməsini istəmişdi.

Bundan öncə Türkiyə mətbuatı Zərraba qarşı ABŞ həbsxanasında sui-qəsd olduğunu bildirmişdi. Vəkilləri isə Zərrabla görüşə bilmədiklərini iddia etmişdilər.

Türkiyə Z.Zərrabla bağlı ABŞ-a iki nota təqdim edib.
Oxşar xəbərlər
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Mədəniyyət