» » Azərbaycanda əhalinin nominal gəlir səviyyəsi- AÇIQLANDI

Azərbaycanda əhalinin nominal gəlir səviyyəsi- AÇIQLANDI

  • 17-11-2017, 22:02
  • sosial
  • 116
Azərbaycanda əhalinin nominal gəlir səviyyəsi- AÇIQLANDI














2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 8,2% artaraq 40 mlrd. 190,7 mln. manata çatıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onun hər nəfərə düşən həcmi orta hesabla 4131,9 manat təşkil edib.

Bu dövr ərzində gəlirlərin 85,3%-i (34 mlrd. 282,7 mln. manat) son istehlak xərclərinə, 8,5%-i (3 mlrd. 416,2 mln. manat) vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8%-i (723,4 mln. manat) kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 4,4%-i (1 mlrd. 768,4 mln. manat) isə yığıma yönəldilib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 36,773 mlrd. manatlıq vəsait qalıb
Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət