» » Asiya İnkişaf Bankı enerji sahəsində Azərbaycanla əməkdaşlığa davam edəcək

Asiya İnkişaf Bankı enerji sahəsində Azərbaycanla əməkdaşlığa davam edəcək

Asiya İnkişaf Bankı enerji sahəsində Azərbaycanla əməkdaşlığa davam edəcək














Asiya İnkişaf Bankı (AİB) enerji sisteminin bərpası və müasirləşdirilməsi layihəsi üçün Azərbaycana gələn il 250 milyon dollar dəyərində daha bir tranşın ayrılmasını istisna etmir.

Bunu Trend-ə Azərbaycandakı daimi nümayəndəliyinin direktoru Nəriman Mannapbekov deyib.

Ölkənin enerji sisteminin bərpası və müasirləşdirilməsi layihəsi üzrə bir milyard dollar dəyərində saziş 2015-ci ildə imzalanıb. Sazişə əsasən 750 milyon dolları AİB, 250 milyon dolları hökumət təqdim edir.

N.Mannapbekovun sözlərinə görə, 2016-cı ilin sentyabrından 2017-ci ilin sentyabrınadək 250 milyon dollarlıq ilk tranşın həcmində müqavilələr imzalanıb və 32 sublayihə üzrə 108 milyon dollardan çox ödəmələr həyata keçirilib.

Ümumilikdə bank regionda enerji sahəsində 25-ə yaxın layihə həyata keçirir. N.Mannapbekov qeyd edib ki, reallaşdırma baxımından bu, AİB-in ən uğurlu layihəsidir.
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Mədəniyyət