» » Borcumuz 7 milyarda çatacaq - Erməni iqtisadçı

Borcumuz 7 milyarda çatacaq - Erməni iqtisadçı

  • 31-10-2017, 11:33
  • dunya
  • 174
Borcumuz 7 milyarda çatacaq - Erməni iqtisadçı















Ermənistanın 2018-ci il dövlət büdcəsi optimizmə əsas vermir.

Axar.az xəbər verir ki, bunu “Panorama” saytına müsahibəsində erməni iqtisadçı Mesrop Arakelyan söyləyib. Onun sözlərinə görə, bu cür büdcə ilə ölkədə gələn il də təqaüd və maaşlar artmayacaq:

“Ölkənin borcu 7 milyard dollara çatacaq. Bu isə çox ciddi rəqəmdir”.

Qeyd edək ki, iyun ayında Ermənistan Milli Statistika Komitəsi ölkənin borcunun 6,95 milyard dollara çatdığı haqqında informasiya yaymışdı. Dövlət borcunun 4,373 milyard dollarlıq hissəsi xarici borcun payına düşür. Ölkənin Mərkəzi Bankının borcu 550,9 milyon dollar olub. Dövlət borcunun ümumilikdə hökumətin payına düşən hissəsi 5,544 milyard dollar təşkil edib.

Ermənistanın daxili borcu may ayında 1,170 milyard dollar olub.
Oxşar xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Mədəniyyət